Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2020
11:16
Öldürülən Nərminin gündəliyi: “Atam məni sevsəydi…”

Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın qətli ilə əlaqədar internetdə səs yazısını yayan anonim müəllif öz oyununu oynayır.

Bu barədə oxu.az-a Tovuz rayon polis şöbəsindəki mənbə məlumat verib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, audioyazı istintaq-əməliyyat qrupuna təhvil verilib.

İnternetdə yayılan səs yazısında anonim müəllif qızın qətlində bu hadisə ilə bağlı tutulan 47 yaşlı İlkin Süleymanovun deyil, həmkəndlisi A.A.-nın günahkar olduğunu deyir. Anonim müəllif qeyd edir ki, kənd sakinlərinin 80 faizi bunu bilir, lakin qisasdan qorxduqları üçün susurlar. Onun sözlərinə görə, həmin şəxsin qardaşı və kürəkəni daxili işlər orqanlarında xidmət edir və yüksək vəzifə tuturlar.

Polis əməkdaşı isə sosial şəbəkəyə məlumatı ötürməklə anonim şəxsin istintaqı və ictimaiyyəti çaşdırmaq üçün belə bir versiya irəli atdığını deyib.

“Əgər o, həqiqəti bilirsə, onda niyə gizlənir? Deyək ki, polisdə xidmət edən A.A.-nın qohumlarından qorxur. Qoy onda Prokurorluğa müraciət etsin, onda təhlükəsizliyi təmin ediləcək. Onun bu yolla düşmənlərindən qisas almaq istədiyi və buna görə də konkret adlar çəkdiyi istisna edilmir. Anonim şəxsin nə deməsindən asılı olmayaraq, tutulan İlkin Süleymanovun ifadələri işdəki şahidlər tərəfindən təsdiqlənir. Bununla belə, əlbəttə ki, istintaqın vəzifəsi məlumatı yoxlamaqdır”, - deyə polis əməkdaşı bildirib.

Müsahiblə söhbət zamanı istintaqın digər maraqlı detalları da üzə çıxıb. Polis öldürülən Nərminin anasının davranışının bir az çaşqınlıq yaratdığını bildirib: “Belə görünür ki, ana qızının təhlükəsizliyinə az əhəmiyyət verib. Quliyevin evində cəsəd aşkar edildikdən bir gün sonra kriminalistlər öldürülmüş qızın gündəliyini tapdılar. Orada son cümlələr belərdir: “Atam məni də bacılarım qədər sevsəydi, onda mən xoşbəxt olardım. Böyük bacımın sabah toyu olacaq...”

“Nərminin atası içki düşkünlüyündən əziyyət çəkir. Onun işi bütün günü içmək və yatmaqdır. Qızın anasının da öz qayğıları var. Kəndlilərin danışdıqlarının nə qədər həqiqət olduğunu bilmirəm. Bütün bunlardan isə Nərmin zərər gördü”, - deyə hüquq mühafizəçisi əlavə edib.

Qeyd edək ki, Nərmin elə bu kənddə yaşayan ana nənəsi tərəfindən böyüdülüb.

O da məlumdur ki, İ.Süleymanov etirafı saxlandıqdan üç gün sonra edib. Əməliyyatçılar ona çardaqdakı pərdə üzərində olan qan izləri barədə məlumat veriblər. Deyiblər ki, ekspertiza qanın kimə məxsus olduğunu göstərəcək. İ.Süleymanov da qətli etiraf edib.

Polis əməkdaşının sözlərinə görə, İ.Süleymanova heç bir fiziki təzyiq göstərilməyib. O, tutulan zaman Tovuzda Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun yüksək çinli nümayəndələri olub, bu səbəbdən heç kim saxlanılan şəxsə görə özünü zərbə altına qoymazdı.

Qeyd edək ki, bu yaxınlarda vəkillər tərəfindən istintaq altında olan şəxsə göstərilən fiziki təzyiq barədə məlumat yayılmışdı.

“İlkin Nərmini bulka ilə qidalandırdığını etiraf edib. Mağazanın satıcısı İlkinə hər gün bir bulka satdığını deməklə onun sözlərini təsdiqləyib. Gündə ancaq bir bulka yeyən uşağın orqanizmi taqətdən düşüb və zəifləyib. Məhbusdan Nərminin niyə qışqırmadığını soruşanda isə o, qızın ilk gün bunu etməyə çalışdığını, sonra isə onu bağlayaraq, ağzına əsgi qoyduğunu deyib. Sonra qız xəstələnib. Gecə valideynləri yuxuya gedəndə İlkin uşağı ayaqyolu ehtiyacları üçün çölə çıxarırmış. O, ilk əvvəl qızı öldürmək istəmədiyini, ancaq “Səni axtarıram”verilişinə baxandan və uşağın itməsində nənənin və əminin şübhəli bilindiyini anladıqdan sonra ondan yaxa qurtarmağa qərar verdiyini bildirib”, - deyə hüquq mühafizəçisi bildirib.

Eyni zamanda, yayılan səs yazısının Almaniyaya mühacirət etmiş müxalifətçi Qabil Məmmədov tərəfindən edildiyi və saxta olduğu barədə məlumatlar ortaya çıxıb. Bunun nə dərəcədə doğru olduğunu istintaq yoxlayacaq.

Xatırladaq ki, Nərmin Quliyeva 21 noyabr saat 15:00-da qonşuların toy şənliyi zamanı qaçırılmışdı. Yanvarın 6-da onun yanmış meyiti yaşadığı evin yaxınlığında tapılıb. Qonşulara və polisə qızın cəsədinin tapılması barədə ilk məlumat verən İ.Süleymanov olub.

İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunur.

Məqalədə : Nərmin Quliyeva 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4376

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3001

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2416

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-04-2020 03:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru