Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2019
11:18
830
Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı toplantısı keçirilib - VİDEO

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komandir hazırlığı toplantısı keçirilib.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, tabor, divizion komandirləri və müavinləri ilə keçirilən toplantıda əsas məqsəd zabitlərin sülh və müharibə şəraitində komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığına nail olunması və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi olub.

Toplantıda kəşfiyyat hazırlığından maneələr zolağının dəf edilməsi, taktiki hazırlıqdan tanklarla mübarizə qaydaları və psixoloji zolağın dəf edilməsi, topoqrafiya hazırlığından ərazidə azimutla hərəkət, rabitə hazırlığından radiostansiyanın işə salınması, atəş hazırlığından müxtəlif çaplı silahlardan və tank əleyhinə vasitələrdən praktiki atışlar yerinə yetirilib.

Toplantı çərçivəsində keçirilən nümayiş məşğələdə şərti düşmənin kəşfiyyat-diversiya qrupuna qarşı mübarizə aparılması və hakim yüksəkliyin ələ keçirilməsi praktiki olaraq göstərilib.

Toplantının yekununda bildirilib ki, zabitlərin bölmələrdə taktiki təlimlərin hazırlanması, ictimai-siyasi hazırlıq məşğələlərinin keçirilməsi və hərbi intizamın möhkəmləndirilməsi üzrə nəzəri bilikləri yoxlanılıb. Məqbullar götürülən zaman tabor, divizion komandirləri və müavinləri komandir hazırlığından yüksək nəticə göstəriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1151

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
69

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
92

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
319

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
355
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 05:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru