Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Mart

2019
09:09
1835
KXDR-dən ABŞ-a tərs sillə: danışıq aparmaq istəmirik

Koreya Xalq Demokratik Respublikasının (KXDR) XİN rəhbərinin müavini Tsoy Son Hi bəyan edib ki, ölkəsi ABŞ-ın nüvəsizləşdirmə tələblərinə güzəştə getmək niyyətində deyil və bu cür danışıqlar aparmaq istəmir. FaktXəbər bildirir ki, bu barədə "TASS" məlumat yayıb.
 
"ABŞ-ın [Hanoy sammitində irəli sürülmüş] tələblərinə güzəştə getmək fikrimiz yoxdur və bu formatda danışıqlar aparmaq da istəmirik",-deyə nazir müavini vurğulayıb.
 
O həmçinin bildirib ki, Şimali Koreya lideri Kim Çen In Hanoydakı sammitdən sonra gələcək fəaliyyətə dair qərarını rəsmən bəyan edəcək.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Şimali Koreya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 03:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com