Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 May

2016
15:43
25394
Əksər texnikada rastlaşdığımız bu silindr görün nəyə lazım imiş...

Yəqin ki, hər biriniz öz noutbukunuzun qidalandırıcı kabelində  kiçik silindr görmüsünüz. Əgər görməmisinizsə istənilən portativ kompyuterin enerji yükləmə yerinə diqqətlə baxın. Kompüterə qoşulan şnurda kiçik plastik çən görəcəksiniz. 

FaktXeber.com olaraq bu gün sizlərə bu anlaşılmaz detalın maraqlı təyinatı barədə  məlumat verəcəyik.

Sən demə, bu gözə çarpmayan detal çox vacib funksiyanı yerinə yetirirmiş. O yüksək keyfiyyətli  filtr  rolunu oynayır və qidalandırıcı kabeldən gələ biləcək əngəlləri neytrallaşdırır. Bu qurğu ferrit üzüyü, yaxud ferrit filtri adlanır.

İnanılmaz olsa da, bu kiçik çəlləyin  içində  heç bir mikrosxem, yaxud digər  elektron  qurğular yoxdur. Onu açıb içərisinə nəzər salsaq, maraqlı heç nə ilə rastlaşmarıq. Sadəcə  şnur bərk materialdan olan silindrin içərisindən keçir. Bəzi hallarda  qaytan onu ilgək formasında əhatə edir.

Bu silindr ferritdən ( Ferrit dedikdə dəmirdə az miqdar (0,4%) karbonun həll olması nəzərdə tutulur) hazırlanıb, hansı ki, maqnit izolyatoru rolunu oynayır. Bu maddədə  cərəyan burulğanı yaranmır, bu səbəbdən  ferritlər çox çevik halda  elektromaqnit sahəsinin tezliyi ilə  ritmə girərək yenidən maqnitləşir.

Sirr deyil ki, istənilən  ekranlaşmamış kabel qidalandırıcısı kompyuterin içindən informasiya siqnallarını korlayan elektromaqnit maneələrin qaynağıdır. Ferrit üzüyü isə filtr rolunu oynayır və bu maneələrin  yayılmasının qraşısını alır.

Əvvəllər bu məqsədlə  bütün kabel mis hörgü ilə ekranlaşdırılırdı, lakin ferrit üzüklər  daha ucuz başa  gəldiyindən müasir elektrotexnikada məhz onlar  geniş istifadə olunur.

Yeri gəlmişkən, ferrit üzüklər təkcə arzuolunmaz elektromaqnit  sahələrinin  yaranmasının qarşısını almır, həmçinin  kabelin içindəki  siqnalı xarici maneədən qoruyur. Bu səbəbdən belə silindrlərə qidalandırıcı kabellərdən əlavə, monitorların, kamera və fotoaparatların qoşulması üçün şnurlarda rast gəlmək mümkündür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1763

Azərbaycan əhalisinin sayı açıqlanıb

19

İyun
18:32
ÖLKƏ
2061

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
205
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 03:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru