Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2020
13:15
Köçəryan: Azərbaycanlıların mənə edə bilmədiyini Paşinyan etdi

Həbsdə olan Ermənistanın sabiq prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyan başda olmaqla hazırkı hökumətdən "ölkəni azad etmək" hədəfində olduğunu düşünür.

"Hakimiyyət öz mahiyyətinə və hərəkətlərinə görə məni həbsdə saxlayaraq siyasətə qaytardı. Hakimiyyət məni özlərinin orta siyasətlərinə qarşı müxalifət simvoluna çevirdi", - deyə o, Yerevan.Today saytına açıqlamasında bildirib.

"Bir vaxtlar taleyim mənə Qarabağın müstəqilliyi uğrunda mübarizəni aparmağa imkan yaratdı. Hərəkat yeni başlayanda möcüzəvi şəkildə Azərbaycan həbsxanasından qaçmağı bacardım. Taleyin işinə bax, məni azadlıqdan məhrum etməklə hakimiyyətimiz azərbaycanlıların o zaman bacarmadığınını mənə edib", - Ermənistanın sabiq prezidenti deyib.

Həmçinin Köçəryan tərəfdarlarının onun azad edilməsi uğrunda mübarizəni siyasi hərəkata çevirə biləcəyini istisna etməyib. "Şübhəsiz ki, bu mümkündür", - o, qeyd edib. 

Qeyd edək ki, 2018-ci ilin iyulunda xüsusi istintaq xidməti Köçəryana qarşı 1 mart 2008-ci ildə etiraz aksiyalarının dağıdılması zamanı konstitusiya quruluşunun devrilməsi ilə bağlı ittiham irəli sürüb.

Sabiq prezident həmçinin böyük məbləğdə rüşvət almaqda da təqsirli bilinir. Köçəryan ittihamın planlaşdırılmış siyasi təqib olduğunu hesab edir. O, 2018-ci ildə iki dəfə, 2019-cu ilin iyununda isə üçüncü dəfə həbs olunub.

Məqalədə : Köçəryan Paşinyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
152

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
330

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
229

Nazirdən bələdiyyələrlə bağlı QƏRAR

20

Fevral
13:42
SİYASƏT
291

Sabahın hava proqnozu açıqlanıb

20

Fevral
13:09
ÖLKƏ
206
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 16:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru