Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2019
14:18
Kürün səviyyəsi iki metrə qədər aşağı düşüb

Kür çayında suyun səviyyəsi iki metrə qədər aşağı düşüb.

Havaların isti keçməsi çayın aşağı axınında suyun səviyyəsinin xeyli azalmasına gətirib çıxarıb. 

Əsasən, azalma Kürün Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində daha çox müşahidə olunur. 

Faktxeber.com bildirir ki, Cənub Regional Hidrometeoroloji Mərkəzinin Neftçala Hidrometeoroloji stansiyasından oxu.az-a verilən məlumata görə, təkcə iyul-avqust aylarında Kür çayında suyun səviyyəsi Salyanda bir metr 73 santimetr, Neftçalada isə bir metr 18 santimetr aşağı düşüb. 

Bildirilib ki, ölkə ərazisində hava şətaitinin yağmursuz keçməsi, eyni zamanda, tempraturun yüksək olması ilə əlaqədar suyun səthində buxarlanmanın çox olması və suya olan təlabatın artması azalmanı surətləndirib.

Qeyd edək ki, çayda suyun azalması kənd təsərrüfatı sahələrinin suvarılmasına da öz mənfi təsirini göstərib. Azalmanın təsirindən sahilboyu quraşdırılmış su nasos stansiyaları tam gücü ilə işləyə bilmir. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
12727

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
11451

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
12869

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
12458

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
17818

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
12286

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
12445
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-08-2020 14:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru