Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

21 Aprel

2017
10:54
1194
Krediti olanlar sosial ev ala biləcəklərmi? - CAVAB

“Sosial evlər almaq üçün bizim mərkəzə daxil olan müraciətlərin də sayı artır”.

Bunu iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, müraciətdə ən çox ünvanlanan suallardan biri hal-hazırda mənzil sahibi olanların sosial ev ala biləcəyi ilə bağlıdır: “Mövcud qanunvericilik mənzilə sahib olanların sosial evlərə müraciətini məhdudlaşdırmır. Bu isə o deməkdir ki, adına ev olanlar sosial mənzilə müraciət edə bilərlər. Kreditin olması da sosial mənzilə müraciəti məhdudlaşdırmır. Krediti olanlar sosial mənzil ala bilərlər. Sadəcə bu zaman aylıq kredit ödənişləri xərc olaraq müraciət edən şəxsin gəlirindən çıxılır və əgər müraciətçinin gəliri bütün öhdəlik və xərc çıxıldıqdan sonra sosial evə müraciətə imkan verirsə o zaman bu, mümkündür.

Bundan əlavə, müraciət sistemi 2 mərhələli olacaq. Mayın 1-dən başlanan 1-ci mərhələdə qeydiyyat prosesi həyata keçiriləcək. Daha sonra sosial ev almaq hüququna malik olan və qeydiyyatdan keçənlər sosial ev almaq üçün müraciətə dəvət ediləcək. Məhz ikinci mərhələdə tez müraciətə daha tez baxılacaq.

Mayın 1-dək qeydiyyatdan keçmək mümkün deyil. Bununla belə, Bakıda 1, 3 və 5 saylı ASAN Xidmətlərdə və eləcə də Sumqayıt ASAN Xidmətdə artıq sosial evlər ilə bağlı bütün suallara aydınlıq gətirilir. Sosial ev almaq istəyənlər sözügedən xidmətlərə müraciət edə bilərlər”.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru