Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2019
12:20
Kürdəmirdə 8 yaşayış məntəqəsini əhatə edən yeni yol salınıb

Kürdəmirdə 8 yaşayış məntəqəsini əhatə edən yeni yol salınıb 

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi (AAYDA) tərəfindən yol infrastrukturunun təkmilləşdirilməsi kimi sosial yönümlü tədbirlər davam etdirilir.

AAYDA-dan verilən məlumata görə, bu çərçivədə Kürdəmir rayonunda 3 yol infrastrukturu layihəsi icra edilib. Layihələr Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarını əhatə etməklə 85.2 km uzunluğa malikdir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, Kürdəmir rayonunda icra olunan 3 yol infrastrukturu layihələri 20 minə yaxın vətəndaşın yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən avtomobil yollarıdır. Karrar-Bağman-Böyük Kəngərli, Şilyan-Qarasu və Pirili-Muradxan-Sor-Sor avtomobil yollarının əhatə etdiyi yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və dağılmış qara örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.

Sözügedən avtomobil yolları boyu zəruri olan hissələrdfə deformasiyaya uğramış yol yatağı qazılaraq çıxarılıb, yolun genişləndirilməsi, qaldırılması və profilə salınması ilə yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının alt layının tikintisi işləri qum-çınqıl, üst layının optimal-qırmadaş qarışığı ilə aparılıb.

Yolların böyük hissəsi torpaq örtüklü olduğu üçün bu ərazilərdə tikinti norma və qaydalarına uyğun olaraq, yeni yolun inşası işləri aparılıb. Texnoloji ardıcıllığa uyğun olaraq, ərazilərdə yolun profilə salınması, bitki qatının təmizlənməsi və xüsusi çınqıl materialı ilə yeni yol yatağının, daha sonra isə xüsusi qruntla yeni yol yatağı və yol əsası inşa edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17

Yanvar
17:25
ELM / TƏHSİL
142

MSK DSK-nın qərarını ləğv edib

17

Yanvar
15:50
SİYASƏT
222

Bakıda maşından polislərə atəş açıldı

17

Yanvar
14:20
HÜQUQ,HADİSƏ
397

Süd bioloji qocalmanı yavaşladır

17

Yanvar
12:54
AİLƏ, SAĞLAMLIQ
476
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-01-2020 18:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru