Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Sentyabr

2019
11:00
296
Kür çayına 400 minədək balıq buraxılacaq

Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Faktxəbərə verilən məlumata görə, təşkil olunan mərasimdə millət vəkili Qənirə Paşayeva, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, ETSN-nin, Tovuz rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. 

Kür çayının sahilində keçirilən tədbirdə bir neçə saat ərzində çəkisi 100 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb. 2019-cu ilin sonunadək ümumilikdə 400 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarının əhalinin təlabatına uyğunlaşdırılmasına dəstək vermək və balıq ehtiyatlarının qorunmasının zəruriliyini təşviq etməkdir. 

ETSN balıq ehtiyatlarının qorunması ilə bağlı vətəndaşlara müraciət edib: "Vətəndaşlar balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etsinlər, min bir əziyyətlə yetişdirilmış balıq körpələrinin su hövzələrində böyüyüb təbiətimizə, insanlara fayda verməsi üçün həyata keçirilən mühafizə tədbirlərinə, sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək versinlər".

Məqalədə : balıq Kür 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
844

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
44

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
68

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
278

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
303
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 03:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru