Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2020
17:02
Kraliçanın yeganə qızının oğlu boşanır

Kraliça II Yelizavetanın böyük nəvəsi Piter Filips boşanmaq niyyətində olduğunu rəsmi olaraq təsdiqləyib. Bu barədə "BBC News" xəbər verir.

Şahzadə Annanın və həyat yoldaşı Otem Kellinin oğlu, qarşıdakı boşanmanın "cütlüyün iki övladı üçün ən yaxşı davranış ssenarisi olacağını və dost münasibətlər yaratmalarına imkan verəcəyini" söyləyib. Onlar qızlarının - doqquz yaşlı Savanna və yeddi yaşlı Aylanın təhsilində birlikdə iştirak etməyi planlaşdırırlar.

Cütlük əlavə edib ki, qohumları belə bir qərardan kədərləndilər, lakin birlikdə uşaq böyütmək niyyətində onları tam dəstəklədilər.

"BBC News"un məlumatına görə, cütlük kraliça və digər kral ailəsinin üzvlərinə boşanma qərarını keçən il açıqlayıblar.

Daha əvvəl boşanmanın təşəbbüskarının Filipsin həyat yoldaşı olduğu bildirilirdi. Cütlüyə yaxın mənbələr, boşanmanın həyat yoldaşlarından birinin kənarda eşq həyatına başlaması səbəbindən olmadığını iddia edirlər.

Piter Filips II Yelizavetanın yeganə qızı Şahzadə Anna və ilk əri, kapitan Mark Filipsin yeganə övladıdır. O, taxtın varisi kimi on beşinci sıradadır. Filips qadın tərəfdən varis olduğu üçün onun heç bir titulu yoxdur və kral ailəsinin üzvü sayılmır. Toydan sonra ona qraf titulu təklif olunub, amma imtina edib.

Məqalədə : Kraliça Yelizaveta 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da kitabxananın qiyməti 150 manata qaldırıldı

29

Fevral
14:10
BÖLMƏNİ DÜZ SEÇ!
257

Bakıda gənc qadın pnevmoniyadan öldü

29

Fevral
13:42
HÜQUQ,HADİSƏ
269

Bakıda itkin düşən 5 nəfər tapılıb

29

Fevral
09:48
HÜQUQ,HADİSƏ
353

Atəşkəs rejimi 22 dəfə pozulub

29

Fevral
09:30
HƏRB
347
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 17:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru