Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2020
11:30
Koronavirusu test etmədən diaqnoz qoymağın üsulu tapıldı

Klivlend Klinikasının (ABŞ) alimləri koronavirus infeksiyasını proqnozlaşdırmaq və diaqnoz etmək üçün yeni üsul tapıblar. Tədqiqatın ilkin nəticələri "Chest" jurnalında çap edilib.

Problemin tədqiqi çərçivəsində mütəxəssislər, COVID-19 olan 12 min xəstənin xəstəlik tarixlərinin təhlilini aparıblar. Tədqiqata əsasən, koronavirusdan effektiv qorunma üsullarını izah edən nümunələr müəyyən edilib. Həkimlər koronavirusun müalicəsində və qarşısının alınmasında istifadə edilə bilən 16 preparat və üç dərman vasitəsini təyin ediblər.

"Məsələn, apardığımız araşdırmalar göstərdi ki, melatonin COVID-19 testində nəticənin müsbət çıxması riskini azaldır", - deyə aparıcı tədqiqatçı doktor Maykl Kattan bildirib. "Pnevmokok" peyvəndi və qrip peyvəndi vurulmuşların, peyvənd olunmayanlara nisbətən daha yüksək yoluxma riski olduğu aşkarlanıb. Mütəxəssislər tapıntıların əlavə yoxlanmaya ehtiyacı olduğunu vurğulayıb.

"Bizim tapıntılar bir sıra risk faktorlarını təsdiqlədi. Məsələn, yaşlı kişilərin digər sosial qruplara nisbətən koronavirus xəstəliyinə daha çox həssas olması", - deyə Kattan əlavə edib. Bundan əlavə alim, səbəb-nəticə əlaqələri olmayan və sınaqdan keçirilməli vacib bir neçə maraqlı əlaqədən də danışıb.

Ayrıca, özəl klinikadakı mütəxəssislər COVID-19 xəstəliyinin ehtimalını təxmin edə biləcək onlayn kalkulyator yaradıblar. Alət, yaş, cins, etnik mənşə, xroniki xəstəliklərin olub olmaması və yaşadığı bölgə də daxil olmaqla bir şəxs haqqında məlumatlar əsasında işləyir.

Məqalədə : koronavirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
8677

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
7414

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
9044

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8909

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
13342

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
8653
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-07-2020 01:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru