Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2021
10:25
Koronavirusun laboratoriyadan sızmasına sübut

SARS-CoV-2 koronavirusunun Çin tədqiqat laboratoriyasından sızmasına dair dəlillər var.

FOX News kanalının veb səhifəsi xəbər verir ki, bununla bağlı ABŞ Nümayəndələr Palatası komitəsində respublikaçılar hesabat yayıb.

Komitədən verilən məlumata görə, Çin laboratoriyalarından infeksiyaların sızması və təhlükəsizlik protokollarına riayət etmədən Uhanda koronavirusla bağlı təhlükəli tədqiqatların aparıldığına dair amerikalı diplomatların xəbərdarlıqları var. Bu mesajlar 2017-ci ilə aiddir.

Bildirilir ki, Çin ordusu da Uhandakı instituta cəlb edilib.

Respublikaçılar həmçinin Çin tərəfinin əməkdaşlıq etmək istəməməsinə də işarə ediblər - Pekin koronavirusun əsl mənbəyini müəyyənləşdirmək üçün beynəlxalq səylərə qarşı çıxıb.

Xatırladaq ki, ötən aylarda bir qrup beynəlxalq səviyyəli alim SARS-CoV-2 koronavirus pandemiyasının başlamasının iki ağlabatan versiyasının olduğunu etiraf edib. Buna əsasən virus zoonoz və ya laboratoriyadan virus sızıntısı nəticəsində yarana bilər.

Mart ayının sonunda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun mənşəyini öyrənmək üçün Çinin Uhan şəhərinə səfərindən sonra hesabat yayımlayıb. Hesabatda deyilir ki, böyük ehtimalla pandemiya  laboratoriya sızıntısının nəticəsi deyil.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
175

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
291

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
285

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
275

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2021 03:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru