Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2020
12:18
Koronavirus ilə əlaqə olub-olmadığını yoxlamaq üçün tətbiq hazırladı

İstifadəçilərə koronavirus ilə yoluxmuş insanlarla yaxın əlaqədə olub olmadığını yoxlamağa imkan verən xüsusi mobil proqram Çində istifadəyə verilib. Bu barədə bazar ertəsi "Sinxua" Xəbər Agentliyi məlumat yayıb.

"Alipay", "WeChat" və ya "QQ" vasitəsi ilə bir "QR-kod" skan edərək tətbiqi yükləmək mümkündür. Mobil telefonla qeydiyyata alındıqdan sonra, yoluxmuş şəxslə yaxın təmasda olub-olmadığı barədə məlumat almaq üçün istifadəçilər adlarını və şəxsiyyət vəsiqələrinin nömrələrini daxil etməlidirlər. İnfeksiya riskinin olduğunu göstərən cavab aldıqdan sonra evdə karantində qalmaq tövsiyə olunur və simptomlar görünərsə, müayinə üçün tibb müəssisəsinə müraciət edilmələri bildirilir.

Tətbiq Çin Dövlət Şurası, Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsi, həmçinin Çin Elektron Texnologiyaları Qrupunun (CETC) dəstəyi ilə hazırlanıb. Tətbiqin işləməsini təmin etmək üçün məlumatları daim yeniləyəcəkləri bildirilir.

Agentlik xəbər verir ki, yaxın əlaqə dedikdə, Gigiyena və Səhiyyə Dövlət Komitəsində virusa yoluxmuş və ya virusda şübhəli bilinən insanlarla individual qoruyucu olmadan yaxın məsafədə əlaqədə olmaq başa düşülür. Yaxın əlaqə, məsələn, qatar kupesi kimi tamamilə qapalı kiçik bir kondisionerli otaqda digər insanlarla birlikdə yol getmək sayıla bilər.

Məqalədə : koronavirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
145

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
329

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
228

Nazirdən bələdiyyələrlə bağlı QƏRAR

20

Fevral
13:42
SİYASƏT
290

Sabahın hava proqnozu açıqlanıb

20

Fevral
13:09
ÖLKƏ
206
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 16:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru