Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2020
10:12
Koronavirusa yoluxmuş şəxs İrandan Gürcüstan-Azərbaycan sərhədinə mikroavtobusla gəlib

Gürcüstanda koronavirusa yoluxması təsdiqlənmiş şəxs İrandan Gürcüstan-Azərbaycan sərhədinə mikroavtobusla gəlib.

Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

"Həmin şəxs İrandan mikroavtobusla Gürcüstan-Azərbaycan sərhədinə gəlib. Burada sərhədin Gürcüstan tərəfinə keçərkən yoxlama aparılıb və onda yoluxmanın simptomları aşkar edildiyinə görə xəstəxanaya yerləşdirilib. Onunla birlikdə səyahət edən digər şəxsdə isə yoluxma aşkar olunmayıb", - A.Qamkrelidze belə deyib.

A.Qamkrelidzenin sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycan tərəfi artıq məlumatlandırılıb.

Qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı artıq həm İran, həm də Azərbaycanla virusa yoluxmuş şəxslərin kontaktda olduğu insanların vaxtında müəyyənləşdirilməsi istiqamətində iş aparır./APA

Məqalədə : koronavirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3887

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2801

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 14:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru