Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Avqust

2021
10:11
Koronavirusa yoluxma sayı artır - Karantin rejimi sərtləşdirilə bilər? - AÇIQLAMA

Son dövrdə Azərbaycanda koronavirusa yoluxma və bununla bağlı ölüm hallarının sayında kəskin artım müşahidə olunur.

Xezerxeber.az xəbər verir ki, bəzi qaydaların yumşaldılması, turizm mövsümünün açıq olması artım sayına təsir göstərir. İnsanlar arasında laqeydlik və təhlükəsizlik tədbirlərinə cidddi əməl olunmaması da bu rəqəmləri artırır.

Nəzərə alsaq ki, yeni ştammın yoluxuculuğu daha yüksəkdir və daha tez yayılır, demək, qaydalara əməl etmək də əvvəlkindən daha ciddi olmalıdır.

Baş infeksionist Təyyar Eyvazov deyir ki, vəziyyət bu gün ən pis həddə olmasa da ona doğru dəyişə bilər. Bəzi məhdudiyyətlərin aradan qaldırılması o demək deyil ki, gigiyenik qaydalara olan tələb də aradan qaldırılıb. Pandemiyanın tələb etdiyi əsas qaydalar gözlənilməsə, istənilməyən mənzərə yenidən yarana bilər.

Səhiyyə Nazirliyi açıqlayıb ki, koronavirusa yoluxma və ölüm halları vaksinasiya olunmayanlar arasında yüksəkdir. Peyvənd yoluxmanın qarşısını tam almasa da, xəstəlik dövründə ağırlaşma və ölüm hallarını kifayət qədər azaldır. Dünya təcrübəsi göstərir ki, vaksinasiya sayəsində yüz minlərlə insanın həyatı xilas olunur.

Yoluxma sayının nəzarət olunmayacaq həddə çatmamağı və yenidən sərt qapanmaların tətbiq olunmaması üçün gigiyenik qaydalara riayət etmək, vaksinasiya prosesinə dəstək vermək çox vacibdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
934
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 14:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru