Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2020
12:06
Koronavirusa yoluxan Xaliq Rəşidoğlu: Avtobusda maskadan istifadə etmirdim

Səhlənkarlıq edib qoruyucu maskadan istifadə etmədiyim üçün koronavirusa yoluxdum.

Bunu  jurnalist Xaliq Rəşidoğlu deyib.

Jurnalist bildirib ki, içtimai nəqliyyatdan tibbi maskasız istifadə etdiyi üçün bu virusa yoluxub: "Marşrut avtobusunda maskadan istifadə etmirdim. Axşam evdə bir neçə gün hərarət və baş ağrılarım başladı. 5 gündən sonra Təcili Tibbi Yardıma müraciət etdim. Həkim briqadası gəldi, simtomları dedim, məndən test götürdülər. 2 gün sonra cavab gəldi ki, analizlərin nəticəsi pozitiv çıxıb və mən koronavirusa yoluxmuşam. Yenidən Təcili Tibbi Yardım Briqadası məni Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına gətirdi. Klinikada müalicə prosesi çox yüksək səviyyədə təşkil olunub. Tibbi heyət olduqca operativ və keyfiyyətli xidmət göstərirdilər".

X. Rəşidoğlu bildirib ki, klinikada 14 gün müalicə kursu keçib: "12-gündən sonra yenidən test elədilər və məlum oldu ki, sağalmışam. İki dəfə təkrar test edəndən sonra evə yazıldım. Hazırda ev şəraitində müalicəm davam etdirilir, tibbi heyətin nəzarətindəyəm. Artıq normal həyata qayıdıram. Təngnəfəslik, halsızlıq yoxdur, arabir hərarət olsa da da irəliləyiş çoxdur".

Jurnalist Azərbaycan əhalisinə müraciət də edib: "Vətəndaşlara tövsiyyə edirəm ki, virus yoxdur deyib keçməsinlər. Tibbi maskalardan və digər qoruyucu vasitələrdən daim istifadə etsinlər, sağlamlıq insan üçün hər şeydən əvvəldir. Cəmiyyət içərisinə çıxan şəxs özünü və yaxınlarını qorumaq üçün maskadan istifadə etməli, gigiyenik qaydalara diqqət yetirməlidir. Səhlənkarlıq edib maskasız ictimai nəqliyyatdan istifadə etməyim bununla nəticələndi. İstəmərəm ki, kimsə bu virusa yoluxsun. Ona görə də tövsiyyə edirəm ki, hamı maskadan istifadə etsin".(trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN-də yeni TƏYİNAT

21

Aprel
13:59
HÜQUQ,HADİSƏ
131

Azərbaycanda nazir koronavirusa yoluxub

21

Aprel
13:24
ÖLKƏ
120

Sabahın hava proqnozu açıqlandı

21

Aprel
13:10
ÖLKƏ
120

Daha bir marşrut xətti "BakıKart"a keçdi

21

Aprel
12:27
NƏQLİYYAT
150

Ramazan ayının bəzəyi: HİL

21

Aprel
12:00
MƏNƏVİYYAT
170

İran Vyanadakı iclasda şərt qoydu

21

Aprel
11:15
DÜNYA
150

Avropa Super Liqası ləğv edildi

21

Aprel
10:09
DÜNYA
371

Rəsmi Bakı Ermənistan XİN-ə cavab verdi

21

Aprel
09:58
SİYASƏT
452

Bayden ABŞ-da 51-ci ştat yaradır

21

Aprel
09:44
DÜNYA
386

Neft yenidən ucuzlaşıb

21

Aprel
09:22
İQTİSADİYYAT
330

AMB-nin valyuta məzənnələri

21

Aprel
09:09
İQTİSADİYYAT
360
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2021 15:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru