Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2020
16:41
Koronavirusa qarşı vaksini 3-4 ay ərzində əldə etməyi düşünürəm

“Yeni koronavirusun nukleotid ardıcıllığı nəşr edildikdən sonra bu ölümcül virusa qarşı vaksin hazırlamaq işlərinə başladım. Virusun dünya ölkələrində, o cümlədən İranda, Azərbaycanla sərhəddə qeydə alınması məni narahat edir. Ona görə də hazırda bütün gücümü bu vaksinin hazırlanmasına cəlb eləmişəm”.

Bu barədə APA-ya Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov bildirib.

O bildirib ki, tədqiqatlara bir neçə həftə əvvəl başlayıb:

“Məqsədim koronavirusa qarşı zülal əsaslı (protein based) effektiv vaksin yaratmaqdır. Tədqiqatlar nəticəsində koronavirusa qarşı hədəf zülalları müəyyən edilib. Bu zülal antigenlər yaşıl bitki yarpaqlarında sintez ediləcək”.

Alim qeyd edib ki, hazırda bütün dünya ölkələrindən alimlər virusa qarşı vaksin əldə etməyə çalışırlar:

“Dünya əhalisi risk altındadır. Ona görə mən də bu işə öz töhfəmi verməyi qərara aldım. Vaksini 3-4 ay ərzində əldə etməyi düşünürəm”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3689

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2713

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2117

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1831
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 14:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru