Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2020
18:00
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

FaktXəbər-in Məhkəməəyə istinadən verdiyi məlumata görə, iclasda S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 19 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, ərizəçinin və onun vəkilinin çıxışlarını, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, S.Fərəcovun S.Mustafayevaya qarşı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 19 dekabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-ci, 418.2-ci və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da kitabxananın qiyməti 150 manata qaldırıldı

29

Fevral
14:10
BÖLMƏNİ DÜZ SEÇ!
185

Bakıda gənc qadın pnevmoniyadan öldü

29

Fevral
13:42
HÜQUQ,HADİSƏ
231

Bakıda itkin düşən 5 nəfər tapılıb

29

Fevral
09:48
HÜQUQ,HADİSƏ
328

Atəşkəs rejimi 22 dəfə pozulub

29

Fevral
09:30
HƏRB
322

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
476
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 16:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru