Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Oktyabr

2019
14:12
506
Kənd Təsərrüfatı Nazirliyi 46 mindən çox fermerə təlim keçib

Bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan 2 784 təlimdə 46 320 fermer iştirak edib.

Bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

2019-cu ildə fermerlərə 2 784 təlim və seminar keçirilib. Aqrar sahənin müxtəlif istiqamətlərini əhatə edən təlimlər Kənd Təsərrüfatı Nazirliyinin Təhsil və təlim şöbəsi tərəfindən hazırlanmış Fəaliyyət Planına uyğun təşkil olunur. Bu ilin 9 ayı ərzində keçirilən təlimlərə 46 320 fermer və kənd təsərrüfatı məhsulu istehsalçısı cəlb olunub.

Həftə ərzində Aqrar Xidmətlər Agentliyi tərəfindən heyvandarlıq, toxumçuluq və kənd təsərrüfatı texnikalarının istismarı üzrə respublikanın 12 müxtəlif rayonunda 13 təlim keçirilib və təlimlərdə 181 fermer və məhsul istehsalçısı iştirak edib.

Fermerlərə təlimlər nazirliyin tabeli qurumlarının mütəxəssisləri tərəfindən keçirilir və əsasən bitkiçilik, heyvandarlıq, texniki təhlükəsizlik qaydaları, aqrar sığorta və sair istiqamətləri əhatə edir. Təlimlərdə nəzəri biliklərin ötürülməsi ilə yanaşı, aqrotexniki və zootexniki qulluq qaydaları praktik nümayiş olunur. Praktiki məşğələlər bitkiçilik sahələri və heyvandarlıq təsərrüfatlarında keçirilir.

Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən isə Bakı şəhərində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə dair 2 təlim təşkil olunub və təlimlərə 7 nəfər cəlb olunub.

“Yeni Subsidiya Qaydaları”nın tətbiqi ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyində yaradılmış təlimçi qrupları tərəfindən cari həftə ərzində 2 rayonda 734 nəfərə 29 təlim, 16-27 sentyabr tarixlərində isə 2 563 nəfərə 94 təlim keçirilib.

Bundan əlavə, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları tərəfindən avqust-sentyabr aylarında 1 484 təlim keçirilib və təlimlərə 22 118 fermer cəlb olunub. Ümumilikdə yeni subsidiya qaydaları üzrə 1 578 təlimdə 24 681 nəfər iştirak edib.

Həmçinin, “Aqroinfo” informasiya sisteminin tam şəkildə fəaliyyət göstərməsi üçün plan hazırlanıb və müvafiq məsul şəxslərin seçimi keçirilməkdədir.

Xatırladaq ki, 23-27 sentyabr tarixinlərində “Təlimçilər üçün Təlimlər” layihəsinin ilk qrupuna təlimlər keçirilib. Təlimlərdə Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının 12 əməkdaşı iştirak edib.

Fəaliyyət Planına uyğun olaraq təlimlərin keçirilməsi davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
29

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
225

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
93

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
58

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
114

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
49
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 17:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru