Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Fevral

2020
09:58
Kliniki Tibbi Mərkəzə koronavirus şübhəsi ilə daha 7 nəfər yerləşdirilib - RƏSMİ

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün 7 nəfər yerləşdirilib.

Həkim müşahidəsinə götürülənlərin 2-si Azərbaycan, digərləri İran İslam Respublikası vətəndaşlarıdır. Onlardan 6-sının vəziyyəti normaldır, səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. 1 nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Həkim müşahidələri davam edir.

İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olanlar isə artıq məlumat verdiyimiz kimi müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Səhiyyə Nazirliyinə verilən məlumata görə həkim müşahidəsinə götürülənlərdən 2 nəfərinin hərarəti normadan bir qədər yüksəkdir. Səhhətlərində ciddi problem aşkarlanmayıb.

Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.

Nazirlik ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edirik. Kütləvi informasiya vasitələrindən xəbər başlıqlarının məzmununda çaşqınlığa səbəb olan ifadələrdən istifadə etməməyi xahiş edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4870

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3308

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2639

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2188
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-04-2020 18:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru