Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2021
09:57
Kim Çen Indan 24 gündür xəbər yoxdur

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen In 24 gündür ictimaiyyət arasında görünmür.

TASS xəbər verir ki, bunu Cənubi Koreyanın Birləşmə üzrə Nazirliyinin (Şimali Koreya ilə birləşmə məsələlərini kurasiya edir) sözçüsü mayın 31-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, dövlət başçısı sonuncu dəfə mayın 7-də ölkə paytaxtı Pxenyanda keçirilən konsertdə iştirak edib. Həmin gündən sonra o, xalq arasına çıxmayıb: “Kim Çen Inın ictimaiyyət arasında görünməməsi bu il ən uzun dövr sayılır”.

Cənubi Koreya rəsmisi Şimali Koreya liderinin ictimaiyyət arasında görünməməsinin səbəbini açıqlamayıb. O deyib ki, indiki şəraitdə bu barədə dəyərləndirmə aparmaq yersiz hərəkət olar.

Qeyd edək ki, 2020-ci ilin mayında Kim Çen Inın ciddi xəstəliyi və ya ölmü barədə xəbərlər yayılmışdı. O, yalnız 20 gün sonra ictimaiyyət arasında görünmüşdü.

Şimali Koreya lideri 2011-ci ildə atası Kim Çen İr öldükdən sonra hakimiyyətə gəlib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
130

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
238

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
265

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
250

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
272

AMB-nin valyuta məzənnələri

18

İyun
09:11
İQTİSADİYYAT
450
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 18:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru