Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2019
12:46
2125
Kişilərdə infarktın erkən əlamətləri açıqlandı

Yetkinlərin artıq çəkisi onların erkən infarkt riski ilə əlaqədardır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Parisdə Avropa Kardiologiya Cəmiyyətinin konqresində Höterberq Universitetindən olan isveçli həkim Maria Aberg bəyan edib.

Onun sözlərinə görə, bədən kütləsi indeksinin (BKİ) hər kvadrat metrə 27.5 ilə 29.9 kiloqram arasında artması miyokard infarktı riskini 2.64 dəfə artır. BKİ-nin bir kvadrat metrə 30 ilə 34.9 kiloqrama qədər artması infarkt ehtimalını 3,05 dəfə artırır.

Alimlər bu nəticələrə 1950-1987-ci illər arasında dünyaya gəlmiş təxminən 1,7 milyon yeniyetmənin sağlamlıq vəziyyəti ilə bağlı tibbi məlumatları araşdırdıqdan sonra gəldilər. 18 yaşlarında tibbi müayinədən keçiblər və icbari hərbi xidmətə çağırılıblar. 1969-cu ildən 2016-cı ilə qədər onlar tədqiqatçıların nəzarətində olublar. Təhlil edilən dövrdə 22,4 min infarkt qeydə alınıb. Orta hesabla infarkt 50 yaşlarda meydana gəlirdi.

"Valideynlər, məktəblər və siyasətçilər uşaqlar və gənclər arasında piylənmə epidemiyasının qarşısını almaq üçün təcili tədbirlər görməlidir" deyə Aberg bəyan edib.

Məqalədə : infarkt 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Həftəsonu yol qəzalarında 2 nəfər ölüb

23

Sentyabr
10:40
HÜQUQ,HADİSƏ
57

Trump və Ərdoğan telefonla danışıb

23

Sentyabr
09:46
DÜNYA
134

Xarici valyutaların manata qarşı məzənnələri

23

Sentyabr
09:39
İQTİSADİYYAT
123

Tovuz və Tərtərdə qaz olmayacaq

23

Sentyabr
09:36
ÖLKƏ
119

Rusiyada İŞİD üzvləri saxlanılıb

23

Sentyabr
09:21
DÜNYA
108

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
563

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
541

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
573
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 11:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru