Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2019
16:18
Şəkidə çörək sexində partlayış olub, xəsarət alan var

Şəkidə çörək sexində partlayış baş verib.

Hadisə günorta saatlarında Şəki şəhəri 20 yanvar küçəsində fəaliyyət göstərən, ümumi sahəsi 1500 kvadrat metr olan çörək sexində qeydə alınıb.

İlkin məlumata görə, partlayış nəticəsində çörək sexində çalışan 1961-ci il təvəllüdlü Məlahət Məmmədova yanıq xəsarətləri alıb, yaralı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Aidiyyəti qurumlar tərəfindən hadisə yerində araşdırma aparılır.(APA)

Məqalədə : Şəki çörək sexi partlayış 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
192

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
239

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1179
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2019 18:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru