
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyəti təhlil edərək xüsusi karantin rejiminin iyunun 15-dən iyulun 1-i saat 00:00-dək uzadılmasına qərar verib.
Karantin müddətinin uzadılmasına səbəb ölkə ərazisində koronavirus infeksiyasının yayılma səviyyəsinin artmasıdır. Bu günədək 8191 nəfərdə COVID-19 testi müsbət çıxıb, onlardan 3487 nəfəri müalicəsini xüsusi rejimli xəstəxanalarda davam etdirir.
Operativ Qərargahın ölkədə karantin qaydalarının sərtləşdirilməsi barədə bu dəfəki qərarına əsasən 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və Abşeron rayonu ilə yanaşı, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində yalnız fəaliyyətinə icazə verilən şəxslərin gediş-gəlişinə və ya yaxın qohumunun dəfn mərasimində iştirak etmək üçün evdən çıxmağa icazə veriləcək.
İcazə verilən şəxslər iş yerlərinə gedib-gəlmək üçün yalnız xidməti deyil, şəxsi avtomobillərindən də istifadə edə bilərlər. Bundan başqa, yaxın qohumunun dəfn mərasiminə qatılmaq istəyən şəxs də həmin mərasimə şəxsi avtomobili ilə gedib-gələ biləcək.
Yeni qərara görə, çörək zavodları və bu tip müəssisələrdə çalışanlar iyunun 15-də saat 16:00-dan etibarən istehsal üçün iş yerlərinə gedə biləcəklər.
Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, çörək istehsal edən müəssisə işçilərinin bir gün əvvəldən işə çıxmasına icazə verilməsi növbəti iş gününə mağazalarda çörək satışının təmin olunması ilə bağlıdır: "Ötən həftə sərt karantin günlərində ölkədə çörək təminatı ilə bağlı problem olmayıb. Lakin Operativ Qərargah qərara alıb ki, iyunun 16-da mağazaları çörəklə təmin etmək üçün iyunun 15-də saat 16:00-da çörək sexi işçiləri işə gələ bilər".
Operativ Qərargahın bu dəfəki qərarında daha bir fərqlilik ev heyvanlarının gəzdirilməsinə icazə ilə bağlıdır. Qərara görə, ev heyvanları saxlayan şəxslər həmin heyvanları sərt karantin günlərində küçəyə çıxarmaqda sərbəstdirlər. Lakin bu prosesdə vətəndaşlar sui-istifadə hallarına yol verməməlidirlər.
Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama verib. Nazirliyin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirib ki, itlərin parklarda və bulvarda gəzdirilməsinə icazə verilməyəcək:
"Bulvara gedə bilməyəcəklər. Evdə it saxlayan vətəndaş lazım olanda, iti küçəyə çıxarmaq ehtiyacı yarananda yalnız yaşadığı binanın həyətinə çıxara bilər. Bu da qısa müddətə olmalıdır. Gücləndirilmiş və sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Operativ Qərargahın verdiyi qərarın icrası ilə bağlı bütün lazımı tədbirləri alıb və alacaqdır”.

Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
09
Aprel
BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
09
Aprel07-04-2021 10:05 Peyvənd olunanlara karantin vaxtı bu güzəştlər edilə bilər
06-04-2021 12:46 DİN: Karantin postlarda heç bir hazırlıq işi görülmür
19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 10-04-2021 12:33 Bazar günü Bakıda yağış yağacaq, külək əsəcək
- 10-04-2021 12:31 Nazir polkovnik-leytenantı xidmətdən qovdu
- 10-04-2021 10:56 Dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 700-ü ötüb
- 09-04-2021 16:40 Son sutkada nə qədər adam yoluxub?
- 09-04-2021 15:53 Sabah küçəyə çıxmamaq tövsiyə olunur
- 09-04-2021 15:23 Ramazan ayı ilə bağlı fətva verildi
- 09-04-2021 14:19 Prezident ona general-mayor rütbəsi verdi
- 09-04-2021 14:11 Sabaha olan hava proqnozu açıqlandı
- 09-04-2021 12:59 Müddətsiz əlillik hansı hallarda verilir? - Nazir açıqladı
- 09-04-2021 12:50 İranda koronavirusa görə bütün sahələr 10 günlük bağlanır
- 09-04-2021 12:36 Azad olunmuş ərazilərdə modul tipli yataqxanalar quraşdırılır - VİDEO
- 09-04-2021 12:17 Şəhid ailələrinə 11 min mənzil veriləcək - RƏSMİ
- 09-04-2021 10:59 Bakıda yol çökdü: “Azərsu” ASC hərəkətə keçdi
- 09-04-2021 10:48 Son 3 ayda yol qəzalarında ölən piyadaların sayı açıqlandı
- 09-04-2021 10:20 “Media haqqında qanun” layihəsi üzərində iş yekunlaşır
- 08-04-2021 16:38 Səhiyyə Nazirliyi aptekləri cərimələdi - SİYAHI
- 08-04-2021 16:30 "Zamanla bütün ölkədə peyvəndləməni TƏBİB həyata keçirəcək"
- 08-04-2021 15:15 Ermənistanla dövlət sərhədində yeni hərbi hissə fəaliyyətə başlayıb
- 08-04-2021 14:45 Bakı metrosunda gediş haqqının ödənilməsində yenilik gözlənilir - RƏSMİ
- 08-04-2021 13:19 Sabahın hava proqnozu açıqlandı
- 08-04-2021 12:07 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
- 08-04-2021 11:38 Azad olunan ərazilərdə xidmət edən hərbçilərlə görüşlər keçirilir
- 08-04-2021 11:15 Partiya sədrinin müavini komadadır, arvadı isə öldü
- 07-04-2021 15:29 Allahşükür Paşazadə Ramazan ayının başlanma tarixi ilə bağlı iradlara münasibət bildirib
- 07-04-2021 15:08 Səhiyyə Nazirliyinin səlahiyyətləri TƏBİB-ə verilir