Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyul

2021
09:23
Kanadada hindilərə məxsus məktəb yaxınlığında daha 182 uşaq qəbri aşkarlanıb

Kanadanın Britaniya Kolumbiya əyalətində Şimali Amerika ölkələrindən olan yerli uşaqlar üçün nəzərdə tutulmuş keçmiş məktəbin ərazisində növbəti böyük məzarlıq aşkar olunub.

Bu barədə “CBC” telekanalı məlumat yayıb.

Məktəb Krenbruk şəhərində yerləşib və 1970-ci ildə bağlanıb. Burada 182 adsız qəbir tapılıb. Ehtimal olunur ki, bu qəbirlər ölən uşaqlara aid olub.

Keçən həftə Saskaçevan əyalətində hindi qəbilələrinin uşaqları üçün nəzərdə tutulmuş keçmiş keçmiş internat məktəbinin yanındakı ərazidə 751 adsız qəbir aşkar edilmişdi. Mayın sonunda Britaniya Kolumbiyasında hindi uşaqlar üçün olan başqa bir məktəbdə 215 azyaşlının qalıqları tapılmışdı. Bu xəbərdən dəhşətə gələn Kanada ictimaiyyəti hakimiyyətdən sonuncusu 1996-cı ildə bağlanmış bütün hindi məktəblərinin ərazilərində oxşar qazıntılar aparılmasını tələb etdilər. Həmçinin bu cür məzarlıqların və məktəblərin aşkar olunmasına imkan verəcək sənədlərin dərc olunması üçün Roma-Katolik kilsəsinə çağırışlar edilib.

Qeyd edək ki, 1876-cı ildə baş nazir Con Makdonaldın Kanadadakı rəhbərliyi dövründə hindilərlə bağlı akt – federal hökumətin ehtiyacları üçün ölkənin yerli xalqlarının torpaqlarının ələ keçirilməsini nəzərdə tutan qanun qəbul edilmişdi. 1884-cü ildə ona rezident adlanan xüsusi məktəblərin yaradılması ilə bağlı əlavələr də edildi. Hindi qəbilələrin uşaqlarının Kanada ictimaiyyətinə inteqrasiya edilməsi üçün onlar zorla bu internat məktəblərinə aparılırdı. Statistikaya görə, 150 min şagirddən azı 3,2 mini döyülmə və xəstəliklərdən ölmüşdü.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xocalıda silah-sursat aşkarlanıb

29

İyul
14:32
HƏRB
315

Bayden Obamanı Trampla səhv saldı

29

İyul
14:19
DÜNYA
320

Erməni terrorçu qrupun üzvlərinə hökm oxunub

29

İyul
13:30
HÜQUQ,HADİSƏ
305

Sabahın hava proqnozu açıqlandı

29

İyul
13:03
ÖLKƏ
272

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
500

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
335

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
396
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-07-2021 01:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru