Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2019
14:15
2140
Kamilə dünyanın 15 universitetindən dəvət gəlib

160 nömrəli Klassik Gimnaziyanın XI sinfində oxuyan Kamil Məhərrəmov dünyanın 15 universitetindən təhsil almaq üçün dəvət alıb. Vunderkind olaraq tanınan Kamil bu ilə kimi də bir çox nailiyyətlər qazanıb, ilklərə imza atıb. 

O, Azərbaycanda 6 fənn üzrə olimpiadalarda ilk üçlüyə daxil olan yeganə şagirddir. V sinifdən olimpiadalarda iştirak etməyə başlayan Kamilin Beynəlxalq Multikulturalizm olimpiadasında rusca yazdığı esse 150 000 yazı arasında I yerə layiq görülüb.

Uğurlarından sonra o bir çox məktəbə dəvət alır. Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin qəbul imtahanında  iştirak edir və 50 baldan 49-u toplayıb ingilis bölməsinə düşür. Və bu nəticə ilə o, 20 ildən çox fəaliyyət göstərən məktəbdə ingilis bölməsində tam təqaüdlə pulsuz oxuyan yeganə şagird olur.

Kamil Məhərrəmov deyir ki, heç vaxt bir şeyi 2 dəfə oxumur:

“Hər mövzunu 1 dəfə oxuyur, növbəti dəfə ötəri baxıram. Amma heç vaxt təkrarlamıram. 2-ci dəfə oxumaq insanda natamamlıq yaradır”.

Təhsil sahəsindəki uğurları ilə yanaşı Kamil həm də idmanla da peşəkar səviyyədə məşğul olub. O, 12 yaşına kimi boks, karate, daha sonra isə basketbolla məşğul olub.

Respublika üzrə dərəcələri olan Kamil 2017-ci ildən milli komandanın üzvüdür.

Dünyanın 15 universitetindən təhsil almaq üçün dəvət alan, Amerikanın 3 universitetinə təqaüdlə qəbul qazanan Kamil Məhərrəmovun əsas hədəfi dünyanın ilk beşliyində olan universitetlərdən birində tibb sahəsi üzrə təhsil almaqdır.(Qafqazinfo)

Məqalədə : universitet 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1204

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1371

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1822

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1119

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1467

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1203

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1819
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 08:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru