Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2018
11:04
Kamerun hərbçiləri iki qadını uşaqları ilə birlikdə edam etdi VİDEO (18+)
Həssas və ürəyi zəif insanlar videoya baxmasın!

Kamerun hökuməti hərbçi geyimində olan əsgərlərin  iki qadın  və onların uşaqlarını edam etdiyi barədə video ilə əlaqədar istintaqa başlayıb. FaktXeber.com-un  africanews-a istinadla verdiyi məlumata görə, kadrlar sosial şəbəkələrdə virus kimi yayılmışdı və böyük reaksiyaya səbəb olmuşdu.

Videoda görünür ki, Kamerun ordusunun hərbi geyimində olan şəxslər iki qadını uşaqları ilə birlikdə döyə-döyə gətirir. Kadrlarda əsgərlərdən birinin qadınlara «siz indi öləcəksiniz» dediyi eşidilir. Videonun müəllifi isə qadınların «Boko Haram» terror təşkilatına qarşı hazırlanan əməliyyat zamanı ələ keçdikləri vurğulanır.

Dəhşətli görüntülərdə soyuqqanlı əsgərlərin gözübağlı qadınlara və onların uşaqlarına iri çaplı pulemyot güllələri ilə 20-dən artıq atəş açdığı görünür.

AFP öz növbəsində öz mənbələrinə istinadla bildirir ki, video  Kameronun şimalında Far North regionunda çəkilib.

Xəbərdarlıq: Həssas və ürəyi zəif insanlar videoya baxmasın!

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kamerun 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 15:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com