Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2019
15:15
800
Kaşıkçının qətlindən əvvəl olan söhbətin QANDONDURAN səs yazısı

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilən jurnalist Cemal Kaşıkçını edam edən 15 nəfərlik sui-qəsd qrupunun məhkəmələrində qan donduran ifadələr ortaya çıxıb. FaktXeber.com-un məlumatına görə, bu barədə YeniŞafak xəbər verib.

Bildirilir ki, sui-qəsd qrupunun başında duran Mahir Əbdüləziz Mütrəb ifadəsində belə deyib: "Camal Kaşıkçı masanın üzərində dəsmal, iynə və dərmanları gördükdə "Nə edəcəksiniz? Yoxsa məni uyuşdiracaqsınız?" deyə soruşdu. Dedim ki, bəli, səni uyuşduracağıq. Camal öldükdən sonra cəsədi əvvəlcə konsulluğun bağçasına basdırmağı düşündüm. Ancaq sonra  bunu ortaya çıxacağından narahat olaraq, parçalanmasına əmr verdim".

Edam qrupunun digər bir üzvü Məhəmməd Saad əl-Zahrani isə cəsədinqara plastik torbalara qoyulduğu və əvvəlcədən danışılan, ancaq bilərərkdən kimliyi bildirilməyən, suriyalı olduğu ehtimal edilən yerli iş adamı vasitəsilə İstanbuldan kənara çıxarılması üçün plan qurulduğunui deyib.

"Sabah" qəzeti isə Mutrəb və cəsədi parçalayan Salah Muhəmməd Tubeykinin qandonduran səs yazılarını paylaşılıb.

XƏBƏRDARLIQ: Ürəyi zəif olanlar və həssas insanlar dialoqu oxumasın!!!

Mutrəb:

- Cəsədi çantaya qoymaq mümkündürmü?

Tubeyki:

- Xeyr çox ağır və hündürdür. Mən əslində meyitlərlə işləmişəm. Kəsməyi bilirəm. Heç vaxt isti bədənlə işləməmişəm, amma bunu asanlıqla həll edərəm. Adətən meyidi parçalarkən  qulaqcığımı  taxaraq, musiqi dinləyərəm, bir yandan da qəhvəmi içər, siqaretimi çəkərəm. Mən onu parçaıadıqlan sonra siz onu bir polietilenə büküb çamadanlara qoyub, çölə çıxararsız 

Çıxışın sonunda Mutrəb "qurbanlıq heyvan"ın gəlib-gəlmədiyini soruşur. Saat 13:14-də edam qrupunun üzvü "O buradadır" deyir.

Kaşıkçı konsulluğa girəndə səs yazılarına görə onu tanıdığı düşünülən bir adam qarşılayır. İlk girişdə Kaşıkçıya baş konsulun orda olduğu deyilir. Konsulluğun ikinci mərtəbəsində ofisə nəzakətlə dəvət olunur. Lakin Kaşıkçı şübhələnəndə qolundan dartılaraq aparılır. Səs yazılarında onun "burax, nə etdiyini düşünürsən?" dediyi eşidilir.

Kaşıkçı otağa girəndə Mutreb ona deyir: "Gəl otur. Səni yenidən Ər-Riyada aparmalıyıq. İnterpoldan sifariş var. İnterpol geri göndərilməyinizi istəyib. Sizi aparmağa gəldik."

Cavabında Kaşıkçı, - "Mənimlə bağlı heç bir məhkəmə yoxdur, çöldə nişanlım məni gözləyir", - deyir.

Söhbət əsnasında, naməlum icraçı komanda üzvünün (Mutrəb deyil, başqasının) Kaşıkçıya dəfələrlə "Qısa kəs" dediyi eşidilir.

Saat 13:22-də Mutrəb Kaşıkçıdan telefonlarının olub-olmadığını soruşur. Kaşıkçı 2 telefonu olduğunu deyəndə Mutrəb markasını soruşur. Kaşıkçı isə "iPhone" cavabını verir.

Kaşıkçının öldürülməsinə doğru son on dəqiqəlik söhbətində qarşılıqlı bu dialoq qurulub:

Mutrəb:

- Oğluna bir mesaj göndər.

Kaşıkçı:

- Oğluma nə deyim?

- Bir mesaj yazacaqsan. Gəl məşq edək; bizə göstər.

- Nə deyim? Tezliklə görüşərik?

Bu zaman naməlum komanda üzvü söhbətə qoşulur: 

- Qısa kəs.

Mutrəb: 

- Mən İstanbuldayam. Mənimlə əlaqə yarada bilməsən, narahat olma kimi bir şey yazacaqsan

Kaşıkçı:

- Qaçırılma deyə bilmərəm.

Naməlum şəxs:

- Gödəkçəni çıxar

Kaşıkçı:

- Bir konsulluqda belə bir şey necə ola bilər? Heç nə yazmayacam.

Naməlum komanda üzvü: 

- Qısa kəs.

Kaşıkçı:

- Heç nə yazmayacam.

Mutrəb: 

- Yazın, Cemal bəy. Tələsin. Siz bizə kömək edin ki, biz də sizə edək, çünki axırda sizi Səudiyyə Ərəbistanına aparacağıq və bizə kömək etməsəniz, sonda sizə nə olacağını bilirsiniz.

Kaşıkçı:

- Burda dəsmal var. Mənə dərman verəcəksiniz?

Tubeyki:

 - Səni uyuşduracağıq.

Dərman Kaşıkçıya verildikdən sonra o, huşu getməzdən əvvəl "Ağzımı bağlamayın, astma xəstəliyim var. Etməyin, məni boğacaqsınız",- dediyi eşidilir.

Bu, Kaşıkçının son cümləsidir. Çünki cəlladı onu ​​boğmaq üçün başına bir torba qoymuşdu. Səs yazılarında bundan sonra boğuşma səsləri və edam qrupu üzvlərinin "O, yatdımı?... Başını qaldırdı... Basmağa davam et" kimi söhbətləri eşidilir.

Səs yazılarında Kaşıkçının son nəfəsini verməzdən qabaq mübarizə aparması və dərindən nəfəs alıb-vermə səsləri eşidilir. Sonra postmortemin (meyitinin parçalanmasının səsləri) eşidildi. Saat 13:39-da meyit yarma mişarının səsi gəlir.

Bu vəhşi proses yarım saat çəkir.

Xatırladaq ki, Səud rejiminə və xüsusən vəliəhd şahzadə Bin Salmana qarşı müxalifliyi ilə bilinən Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna boşanma haqqında sənədlərini almaq üçün girib və bir daha çıxmayıb. Sonradan onun diplomatik missiyanın binasında qətlə yetirildiyi məlum olub.

KİV-də məlumat yayılmışdı ki, diplomatik missiyaya girməzdən əvvəl iPhone-nu nişanlısına verən Kaşıkçının qolunda olan və telefonla sinxronlaşdırılmış Apple Watch saatı onun qətlinin səs yazısını qeydə alıb.

Oktyabrın 16-17-də  Türkiyə hüquq mühafizə orqanları konsulluqda axtarış aparmış və Kaşıkçının ölümü ilə əlaqədar müəyyən dəlillər aşkarlamışdılar.

The New York Times yazmışdı ki, Türkiyə polisinin Kaşıkçının ölümündə şübhəli bildiyi şəxslərdən azı 5-i vəliəhd şahzadə Muhəmməd Bin Salmanla əlaqəlidir. ABŞ kəşfiyyatı hesab edir ki, jurnalistin itməsində onun əli var.

Oktyabrın 20-də Səudiyyə Ərəbistanı  jurnalist Camal Kaşıkçının  İstanbulda konsulluqda öldürüldüyü xəbərini təsdiqlədi. 

59 yaşlı Kaşıkçı Səudiyyə Ərəbistanı hökumətini, xüsusən də vəliəhd şahzadəni və ölkənin müdafiə nazirini sərt təqid edirdi. Onun Washington Post-da köşə yeri də var idi.

Jurnalist 2017-ci ildə bir neçə yaxın dostunun həbsindən sonra Səudiyyə Ərəbistanını tərk etmişdi.

Türkiyə Baş Prokurorluğu Kaşıkçının qətli ilə bağlı Səudiyyə Ərəbistanının iki yüksəkçinli dövlət rəsmisi barəsində həbs qərarı çıxıb. Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğu Səudiyyənin Kəşfiyyat İdarəsinin rəhbər müavini Əhməd Əsiri və şahzadə bin Salmanın keçmiş müşaviri Səud əl-Kəhtani barəsində həbs qərarı verib. Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl-Cübeyr isə Ankaranın ekstradisiya barədə sorğusuna baxmayaraq müxalif jurnalist Camal Kaşıkçını (Xaşuqi) qətlə yetirməkdə şübhəli bilinənələri verməyəcəklərini bildirib.

Məqalədə : Kaşıkçı Xaşuqi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan son 8 ayda 58,4 mln dollar qazanıb

18

Sentyabr
15:59
İQTİSADİYYAT
155

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

18

Sentyabr
15:51
AİLƏ, SAĞLAMLIQ
172

Azərbaycanda 7 məhkəmə hakimi cəzalandırılıb

18

Sentyabr
15:47
HÜQUQ,HADİSƏ
157

Lənkəranda 2 maşın toqquşdu, ölən var

18

Sentyabr
15:44
HÜQUQ,HADİSƏ
152

Deputatların pensiyası artırılacaq

18

Sentyabr
15:27
İQTİSADİYYAT
185

Roqozin Türkiyəni Baykonura çağırdı

18

Sentyabr
15:19
DÜNYA
182

Siyasi hücumlar üçün virus aşkarlanıb

18

Sentyabr
14:57
MARAQLIDIR
191

Rusiyada terrorun qarşısı alınıb-VİDEO

18

Sentyabr
14:31
DÜNYA
310

“Azərişığ”ın maşını aşdı - Ölənlər var

18

Sentyabr
14:16
HÜQUQ,HADİSƏ
319

Sentyabrın 19-na gözlənilən hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
308
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 22:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru