Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Noyabr

2019
11:35
Kadırov: Biz adamyeyən deyilik

Çeçenistan prezidenti Ramzan Kadırovun internetdəki tənqidçilərin sərt şəkildə cəzalandırılması barədə söylədiyi sözlər böyük rezonans doğurub və  Kreml ehtiyatla şərh verməkdən imtina edib. Çeçenistan rəhbərinin mətbuat katibi isə müxbirləri prezidentin sözlərini təhrif etməkdə günahlandırıb. Daha sonra Kadırov bildirib ki, onun sözləri hərfi mənada qəbul edilməməlidir. 

FaktXəbər-in "Kafkazskiy Uzel"ə istinadən məlumatına görə, Kadırov açıqlamasında adamyeyən olmadıqlarını bildirib: 

"Biz adamyeyən deyilik. Biz həyat yoldaşlarımıza cavabdehik. Həyat yoldaşı ailə ocağının əsasıdır, ona hörmət edirik. Bizim mədəniyyətimizin olmadığını, insanlarımızı öldürdüyümüzü və s. yazan bütün Rusiya, Qərb və Avropa mediasına bildirmək istəyirəm ki, mənəviyyatımız, mədəniyyətimiz və hər şeyimiz var. And içirəm ki, biz atamla bir evdə yaşayan zaman onun yanında həyat yoldaşımla heç vaxt danışmamışam. Ananın, həyat yoldaşının, atanın nə demək olduğunu bilməyənlər danışıqlarımı şərh etməyə çalışırlar. Həyat yoldaşım müsahibə vermək istəmədiyini söylədi. Mən ona izah etdim ki, siyasətlə əlaqəli olduğumuz üçün susa bilmərik. Yaşlı anam televiziyada görünməyi və bütün ömrü boyu şəkil çəkdirməyi xoşlamırdı. Atam sağ ikən ümumiyyətlə ortalıqda görünmürdü, biz onu gətirirdik." 

Daha sonra ona əxalq dərsi keçənlər barədə danışan Kadırov, "mənə əxlaq haqqında danışanlar özləri heç bir şey deyillər. Bacardıqları şey yalnız kontekstdən iki söz götürmək və şərh etməkdir. Mən mərhələli şeylər haqqında danışıram. Qeybətlə mübarizə aparırıq, bu şeytanları məğlub etdik. Bütün Avropa, Qərb və yerli təsisatlar xalqımızın üzərində işləyirdilər, amma biz onları məğlub etdik. Mübarizə və hərbi taktika baxımından. İndi dedi-qodu qurumları güclənib, amma biz onları məğlub edəcəyik. Allaha iman gətirdiyimizə, salehlərin işini gücləndirdiyimizə və ənənələrimizi davam etdirdiyimizə görə qalib gələcəyik", - deyə bildirib.

Kadırov həyat yoldaşını sevdiyini deyərək, "bunu söyləməyə məcbur oldum, çünki qadınlarımıza hörmət etmədiyimizi, səsvermə hüquqlarının və ümumiyyətlə hüquqlarının olmadığını iddia edirlər. Ancaq dində o şəxs ən yaxşı sayılır ki, xanımına hörmət edir, ehtiram göstərir və ailəsini sevir. Əgər onu sevməsən və hörmət etməsən, onu necə təmin edərsən? Biz də sevirik, hörmət edirik, dəyər veririk, həyat yoldaşına, ailəyə məsuliyyətlə yanaşırıq", - deyə qeyd edib.

Məqalədə : Ramzan Kadırov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vəhşi təbiətdən təbəssüm yaradan FOTOLAR

06

Dekabr
13:12
MARAQLIDIR
341

Tramp impiçment istədi

06

Dekabr
11:43
DÜNYA
281
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 15:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru