Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Oktyabr

2021
10:13
Kabildə kitabxanaların 95%-i bağlanıb

Əfqanıstanın paytaxtı Kabil şəhərində son 2 ayda kitabxanaların, kitab mağazalarının və nəşriyyatların ən azı 95%-i bağlanıb.

Bu addım maddi çətinliklərlə izah edilir.

“Mövcud vəziyyət kitab satan və nəşr edənləri dalana dirəyib. Adi çörək və paltar üçün pulu olmayan insanlar indi sadəcə kitab hayında deyillər”, - deyə Əfqanıstan Nəşriyyatçılar Birliyinin prezidenti Əhməd Səid bəyan edib.

Kabildə mütəmadi olaraq keçirilən kitab sərgilərinin təşkilatçıları bildiriblər ki, son hadisələrlə əlaqədar alıcıların sayı ən azı 90 faiz azalıb, bölgələrdə isə bu rəqəm daha da çox ola bilər.

“İnsanlar təkcə iqtisadi deyil, həm də mədəni böhran yaşayır, bu, inkişafımız üçün böyük fəlakətdir”, - deyə Əfqanıstan şairi və yazıçısı Cavid Fərhad bildirib.

Məlumata görə,  radikal Taliban hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirməzdən əvvəl ölkədə 180 nəşriyyat evi (onlardan 90 -ı Kabildə idi) və 525 kitab mağazası (280 Kabildə) fəaliyyət göstərirdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
190

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
200

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
200

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
343

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 12:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru