Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2019
21:50
5424
Jurnalistin ictimailəşdirdiyi məsələ nəzarətə götürüldü - FOTO

Bakıda övladı it hücumuna məruz qalan jurnalist Asif Nərimanlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə dəvət olunub.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

“Asif Nərimanlı polisə müraciəti ilə əlaqədar dəvət olunub, onun izahatı alınıb. 9-cu Polis bölməsində təhqiqat araşdırmaları aparılır. Məsələ diqqətimizdədir”, - BŞBPİ sözçüsü əlavə edib.

Qeyd edək ki, dünən Səbail rayonu, Lermontov küçəsində yerləşən “Şəlalə” parkında A.Nərimanlının azyaşlı övladı it hücumuna məruz qalıb. Sahibinin yanında olan itin buruntağı olmayıb. Jurnalist qeyd edib ki, itin sahibləri övladına və həyat yoldaşına qarşı kobudluq da ediblər.

***

Paytaxt ərazisində daha bir uşağa it hücum edib.

FaktXəbər bildirir ki, hadisə dünən Səbail rayonu, Lermontov küçəsində yerləşən “Şəlalə” parkında olub. Parkda gəzən cütlüyün iti azyaşlı uşağa hücum edərək qolunu dişləyib.

İtin hücumuna məruz qalan uşaq "Publika.az" xəbər portalının əməkdaşı, jurnalist Asif Nərimanlının övladıdır. Jurnalist hadisə barədə bu barədə sosial şəbəkədə məlumat verib:

“Bu gün parkda it oğluma hücum edib, qolunu dişləyib. Fotodan da göründüyü kimi itin “ağızlığı” yoxdur, halbuki, ictimai yerlərdə iti belə gəzdirmək qanunla qadağandır. Bunlarsa deyir ki, gedin kimə şikayət edirsiniz edin. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik. Şükür ki, uşaq ciddi xəsarət almayıb, yenə də həkimə müraciət edəcəyik”.

Jurnalist qeyd edib ki, itin sahibləri övladına və həyat yoldaşına qarşı kobudluq da ediblər: "Anası uşağı qurtarmaq üçün çantanı itin üstünə atanda, itin sahibləri hücum çəkib ki, bizim itə niyə hücum edirsiniz".

Məqalədə : it 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Goranboyda qəza - Ölən və xəsarət alanlar var

26

Avqust
14:00
HÜQUQ,HADİSƏ
54

İsmayıllıda meşə yanır - FOTO

26

Avqust
11:17
HÜQUQ,HADİSƏ
117

Bakının iki qəsəbəsində su olmayacaq

26

Avqust
10:43
ÖLKƏ
137

Xarici valyutaların manata qarşı məzənnələri

26

Avqust
09:52
İQTİSADİYYAT
121

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
147
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 14:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru