Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2019
18:08
1839
I sinif şagirdləri üçün yeni dərsliklər istifadəyə veriləcək

"2020-ci ildə I sinif şagirdləri üçün Azərbaycan dili və Riyaziyyat fənnindən yeni ehtiyat dərsliklərin istifadəyə verilməsi nəzərdə tutulur".

FaktXəbər bildirir ki, bunu Təhsil İnstitutunun "Ehtiyat dərsliklər" layihəsinin rəhbəri Zaur İsayev Təhsil Nazirliyinin media üçün təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda layihə sınaq prosesindədir: "Bu ilin sentyabr ayından etibarən ölkənin 97 məktəbin 123 sinfində 3 244 şagird üçün sınaq prosesi keçirilir. Nəticələr bu ilin yay ayında müzakirə edilərək müxtəlif təkmilləşmə işləri aparılacaq və dərsliklərin gələn il istifadəyə verilməsi planlaşdırılır".

Z.İsayev qeyd edib ki, həmin dərsliklər iki hissəli olacaq: "Yəni birinci hissə I yarımil, ikinci hissə isə II yarımildə tədris olunacaq. Bu da I sinif şagirdlərinin çantasını yüngülləşdirəcək. Həmin dərsliklər Təhsil Nazirliyinin nəzarəti altında hazırlanacaq. Dərsliklər həm Azərbaycan, həm də rus dilində olacaq".

O həmçinin əlavə edib ki, pilot layihə uğurlu olacağı təqdirdə mərhələli şəkildə ibtidai siniflərin hamısı üçün tədricən tətbiq olunacaq".

Məqalədə : birinci sinif 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
46

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
66

DİN sürücülərə müraciət edib

22

Avqust
11:06
HÜQUQ,HADİSƏ
126

Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər

22

Avqust
09:30
HÜQUQ,HADİSƏ
152

Tovuzda pensiya kartı ölümə səbəb oldu

22

Avqust
09:12
HÜQUQ,HADİSƏ
165
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 13:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru