Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2020
14:35
Çin koronavirusla mübarizə üçün təxminən 16 milyard dollar ayırıb

Martın 4-nə olan məlumata görə, Çindəki müxtəlif dövlət qurumları COVID-19 koronavirusa qarşı mübarizəni maliyyələşdirmək üçün 110.48 milyard yuan (16 milyard dollar) ayırıb. Bu barədə "Reuters"ə ölkənin maliyyə nazirinin müavini Syu Huantsay məlumat verib.

O bildirib ki, bu məbləğin təxminən 71.43 milyard yuanı xərclənib, 39.05 milyard yuan isə hələ istifadə edilməyib.

Əlavə edib ki, Çin hökuməti virusun yayılması kontekstində yerli hakimiyyət orqanlarının maneəsiz işləməsini təmin edəcək və Maliyyə Nazirliyi epidemiyanın mərkəzinə çevrilən Hubey vilayətinin maliyyələşdirilməsini təmin edəcək.

Syu COVID-19-un hökumətin gəlirlərinə müvəqqəti təsir göstərə biləcəyi xəbərdarlığını edib. Bununla birlikdə, o, iqtisadiyyatın bərpa edildiyi zaman büdcəyə təzyiqin azalacağını proqnozlaşdırır.

Beynəlxalq Valyuta Fondu (BVF) 2020-ci ildə Çin iqtisadiyyatının artım proqnozunu yanvar ayı proqnozu ilə müqayisədə 5,6%-dən 0,4 faiz endirib.

Məqalədə : Çin koronavirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4230

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2949

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2359

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1984
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-04-2020 12:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru