Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Fevral

2020
13:19
Çindən kənarda koronavirusdan yeni ölüm

Son məlumatlara görə, 1,7 mindən çox insan "Covid-2019" koronavirusunun qurbanı olub. Üstəlik, doqquz mindən çoxu sağalıb. 

Çində koronavirus xəstələrinin sayının ataraq 70.548 min nəfərə çatdığı bildirilir.

Gün ərzində yeni yoluxma hadisələrinin sayı 2.048 min nəfər təşkil edib, ölü sayı isə 105 olub. Bunlardan 100 nəfər Hubey əyalətində, 3 nəfər Henan əyalətində, 2 nəfər isə Quanqdonq əyalətində qeydə alınıb.

Çin hakimiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün tədbirlərin uğurunu elan edib. Milli Səhiyyə Komissiyasının nümayəndəsi Mi Fen bildirib ki, bir neçə həftə ərzində aparılan mübarizə nəticəsində ölkədə koronavirusa yoluxma halı 16%-dən 7,2%-ə qədər azalıb. Bundan əlavə, epidemiyanın mərkəziolan Hubey əyalətində də yeni yoluxma halının sayında azalma müşahidə edilir.

Çində koronavirusla mübarizə üçün dərmanın tətbiqinə başlanılıb. Tayçjou şəhərindəki səlahiyyətlilər dərmanın artıq müvafiq agentlikdən rəsmi təsdiq aldığını söyləyib.

Tayvanda isə koronavirusdan ilk ölüm faktı qeydə alınıb. CGTN kanalının məlumatına görə, bu yaxınlarda adanı tərk etməyən 60 yaşlı kişi xəstəlikdən ölüv. Son məlumata görə, adada yoluxanların sayı 20 nəfərə çatıb.

Yokohama limanında karantinə saxlanılan Yaponiyaya məxsus "Diamond Princess" laynerində yoluxanların sayı isə 70 nəfər artıb. Yaponiyanın Səhiyyə naziri Kato Katsunobunun sözlərinə görə, göyərtədə ümumilikdə 355 xəstə sərnişin və ekipaj var. Yoluxanlardan 44 nəfəri Amerika vətəndaşıdır. 

Cənubi Koreyada isə 30 yoluxma qeydə alınıb. Xəstələrdən birinin həyat yoldaşı olan 68 yaşlı qadın isə qəfildən dünyasını dəyişib.

Məqalədə : koronavirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52837

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51071

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52488

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52180

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57622

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51841

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52216
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 02:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru