Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2021
11:56
Çindən ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına reaksiya

Çin xarici işlər naziri Van İ hesab edir ki, ABŞ qoşunlarını tələsik Əfqanıstandan çıxarandan sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) orada barışıq və sabitliyi təmin edə biləcək.

Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“ABŞ əsgərlərinin Əfqanıstandan tələsik çıxarılması bu ölkədəki sülh prosesinə ciddi zərbə vurub. İnanırıq ki, BMT bu vəziyyətdə lazımi rolunu oynaya bilər”, - deyə Van İ pakistanlı həmkarı Şah Mahmud Qureshi ilə telefon danışığında bildirib.

Çinli nazir Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Əfqanıstandakı vəziyyətin həllinə diqqətlə yanaşmalı olduğunu vurğulayıb və Pakistanın bu istiqamətdəki səylərini də yüksək qiymətləndirib:

“Pekin və İslamabad strateji dialoqu gücləndirməli və Əfqanıstanda sülhün bərpasında daha fəal rol oynamalıdır”.

14 noyabrda ABŞ Prezidenti Co Bayden Əfqanıstanda ABŞ tarixində ən uzun xarici hərbi kampaniyaya çevrilən əməliyyatı sona çatdırmaq qərarına gəldiyini bildirib. Qoşunların geri çəkilməsinə artıq başlanılıb. ABŞ kontingentinin ölkəni 11 sentyabr tarixinə qədər tərk etməsi gözlənilir. 2010-2013-cü illərdə Əfqanıstanda yerləşdirilən Qərb qüvvələrinin sayı zirvəyə çatıb və 150 ​​min nəfəri keçib. 2014-cü ildə isə Vaşinqton və NATO əsas döyüş birliklərini oradan geri çəkib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
175

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
291

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
285

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
275

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2021 03:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru