Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2019
15:56
Çində `crash test`lər üçün canlı heyvanlardan istifadə olunur-FOTO

"Crash test" haqqında eşitdikdə dərhal gözümüzün qabağında başında rəngli işarələri olan insanabənzər maneken canlanır. Ancaq reallıq daha ağır ola bilər, sadəcə bu barədə susmağa üstünlük verilir.

Belə ki, Çində qəza testlərində heyvanlardan - canlı itlər və donuzlardan istifadə edilir. FaktXeber.com-un Bigpicture-yə istinadla verdiyi məlumata görə, heyvan haqları müdafiəçiləri bu dəhşətli fenomenlə fəal mübarizə aparsalar da hələ ki, uğurlu nəticə əldə edə bilməyiblər.

Bununla bağlı yayılan kadrlarda görünür ki, çinli tədqiqatçılar heyvanları təhlükəsizlik kəmərləri ilə bağlayır və sınaq obyektini yüksək sürətlə maneəyə vurur. Belə bir "təcrübə" nəticəsində it və ya donuz ölür, yaxud ağır yaralanır. Testləri bitirdikdən sonra sağ qalan, lakin yaralanan heyvanların işi sona çatdırılır.

Peta Beynəlxalq Təşkilatın nümayəndələri belə "crash-test"lərin avtomobil qəzalarında insan xəsarətlərini simulyasiya etmək üçün olduqca pis bir cəhd olduğunu düşünür.

Heyvanları təcrübələrə hazırlamaq üçün İnstitut işçiləri donuzların qidalanmadan 24 saat əvvəl, sudan isə ən azı 6 saat əvvəl məhrum edirlər.

Peta mütəxəssislərinin apardığı bir araşdırma barədə hesabat beynəlxalq Crashwortheness jurnalında dərc edilmişdir.

Məqalədə statistik məlumatlar da verilmişdir. Peta işçilərinin dediyinə görə, 5-6 yaşlı uşaqların müxtəlif sürətlə baş verən qəzaları simulyasiya etmək üçün ən azı 15 donuzdan istifadə edilmişdir.

Məqalədə : Crash test 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42600

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
40965

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42502

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42004

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47527

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41960

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42346
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2020 00:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru