
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən birgə araşdırma aparılmışdır.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda ümumi gömrük prosedur yoxlamasından keçib sərhəddən çıxışa buraxılan 40-BL-400 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili saxlanılmışdır. Həmin avtomobilə baxış zamanı gömrük nəzarətinə başqa ad altında bəyan edilmiş, üzəri digər məhsulla qablaşdırılmış, xarici istehsallı 15 ton çəkidə tütün məmulatları aşkar edilərək götürülmüşdür.
Qeyd olunan faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları - Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Hüseynov Emin Əlmərdan oğlu, Hüseynov Kərim Əhmədağa oğlu və Əliyev Ramin Mehdi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda araşdırmalar davam etdirilir.

Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
09
Aprel
BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
09
Aprel- 10-04-2021 10:35 Polis əməliyyat keçirdi, həbs edilənlər var - VİDEO
- 09-04-2021 14:52 Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
- 09-04-2021 11:43 Bakıda evdən 10 min manatlıq oğurluq edildi
- 08-04-2021 15:21 İki şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb
- 08-04-2021 15:04 Müəllim onlayn dərsə hazırlaşarkən vəfat etdi
- 07-04-2021 14:38 Məktəb direktoruna cinayət işi açılıb
- 07-04-2021 10:58 Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor həbs edildi
- 06-04-2021 17:21 Ağdaş Mərkəzi Xəstəxanasının rəhbərinə cinayət işi açıldı
- 06-04-2021 16:40 Qara maska, oyuncaq tapança, saxta paqonlar - FOTO
- 05-04-2021 11:23 Rasim Quliyevin həbsi ilə bağlı - Rəsmi açıqlama
- 03-04-2021 11:19 Hacıbala Abutalıbovun “sağ əli” HƏBS EDİLDİ - FOTO
- 02-04-2021 15:40 "Məhkəmə-Hüquq Şurası haqqında" qanunda dəyişiklik
- 02-04-2021 14:25 Prokuror Hacı İlham Əliyeva 18 il iş istədi
- 31-03-2021 12:28 Hüseyn Abdullayev vətəndaşlıqdan çıxmaq istəyir
- 31-03-2021 10:57 Ödəmə terminallarından 25 min oğurluq edənlər saxlanılıb
- 30-03-2021 19:11 Prokuror Yunis Səfərova ömürlük cəza istəyib
- 30-03-2021 16:59 Baş Prokurora yeni köməkçi təyin olunub
- 30-03-2021 14:32 Məhkəmə Rövşən Əkbərovla bağlı qərar verdi
- 30-03-2021 14:18 Bakıda polis atəş açdı: Yaralanan var
- 30-03-2021 12:29 Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən qardaşlar tutuldu
- 30-03-2021 11:22 Pakistanla yeni saziş Milli Məclisdə müzakirəyə çıxarılacaq
- 29-03-2021 17:30 Polislə bağlı yayılan video haqda - Rəsmi açıqlama
- 29-03-2021 16:57 Bakının bəzi qəsəbələrinin bir hissəsində qaz təchizatında fasilə yaranıb
- 29-03-2021 12:40 Siyəzəndə restoranlardan oğurluq edən paytaxt sakinləri tutulub
- 29-03-2021 10:41 İsmayıl Vəliyevin kimlərdən rüşvət aldığı məlum olub