Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2020
17:07
Şimali Koreya nüvə potensialını genişləndirməyə qərar verdi

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında Sinqapurda keçirilən zirvə görüşünün ikinci ildönümündə Şimali Koreyanın Xarici İşlər Naziri Ri Son Qvon münasibətlərin yaxşılaşacağına dair ümidlərə kölgə salan açıqlama ilə gündəmə gəlib.

"Zirvədən iki il keçdi. Şimali Koreya ilə ABŞ arasındakı münasibətləri yaxşılaşdırmağa dair ümid bitdi. Koreya yarımadasında sülh və firavanlıq üçün nikbinlik yox oldu", - deyə Ri söyləyib.

Şimali Koreya və ABŞ xalqlarının daha yaxşı münasibətlər istədiklərini, lakin Koreya yarımadasında vəziyyətin hər gün daha da pisləşdiyini bildirən Ri, Şimali Koreya lideri Kim Çen Inın da qatıldığı son hərbi komissiya iclasında, "ABŞ-ın sonsuz nüvə müharibəsi təhdidlərini həll etmək üçün milli nüvə sənayesinə dəstəyi artırmaq" barədə danışıldığını söyləyib.

Ri, Şimali Koreyanın hələ də ABŞ-ın prioritet nüvə hücum hədəfləri siyahısında olduğunu, Vaşinqton rəhbərliyinin Cənubi Koreya ordusuna milyardlarla dollarlıq müasir hərbi texnikalar, məsələn, gəmi təyyarələri və kəşfiyyat dronları verdiyini, bunun isə ABŞ-ın dövlətlərinə, sistemlərinə və xlaqlarına uzunmüddətli bir təhdid planladığının sübut olduğunu vurğulayıb.

Şimali Koreyanın ABŞ ilə danışıqlar çərçivəsində bir nüvə sınağı sahəsini bağladığını, onlarla Amerikan hərbi əsirinin qalıqlarını geri qaytardıqlarını və ABŞ məhbuslarına xüsusi amnistiya verdiklərini xatırladan Ri, "bir də heç zaman ABŞ prezidentinə əvəzi olmadan qazanc paketi verməyəcəyik. Heç bir şey boş vəddən daha çox ikiüzlülük ola bilməz", - söyləyib.

Məqalədə : Şimali Koreya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6405

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5273

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6786

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6807

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9312

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6487
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-07-2020 06:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru