Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2019
16:04
389
Hurinaz nənə 24 ildir PKK-nın qaçırdığı oğlunu gözləyir

Türkiyənin Bitlis vilayətinin Mutki rayonunun Koyunlu kəndində yaşayan 82 yaşlı Hurinaz Omay, 24 il əvvəl PKK terror təşkilatının dağa qaçırdığı oğlunun acısını ürəyində daşıyır.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, Hurinaz nənə hələ də oğlunun fotosuna baxıb ağlayır. O bildirir ki, kənddə baş verən qarşıdurmadan sonra PKK tərəfindən qaçırılan oğlu Rıfat Omayın həmin zaman 25 yaşı var imiş.

Uşaqlarının dağa qaçırılmasında HDP-ni günahlandıraraq partiyanın Diyarbəkir ofisinin qarşısına toplaşan anaların başlatdığı aksiyada da iştirak edən Hurinaz nənə, illər sonra övladına qovuşacağına ümid edir.

Diyarbəkirdə bir həftə qaldıqdan qurğu kəndə qayıdan Hurinaz Omay indiyə qədər oğlunun tapılması üçün göstərdiyi bütün cəhdlərin uğursuz nəticələndiyini deyir.

Oğlunun qaçırıldığı zaman biri 20 günlük, digəri 1,5 yaşında iki qızı olduğunu bildirən Hurinaz Omay belə deyir:

"Kənddə qarşıdurma baş verən zaman oğlumu apardılar və bir daha buraxmadılar. Ondan sonra oğlumu bizə bir daha göstərmədilər. O gündən bəri ondan xəbər ala bilmirik. Nə öldüyünü, nə də diri olduğunu demədilər. Çox çalışdım, ancaq bir xəbər ala bilmədim. Oğlumu öldürdülərmi, nə ediblər, bilmirəm. Oğlumu istəyirəm. Oğlumu verəcəklər. Öldürüblərsə, cənazəsini versinlər, sağdırsa, buraxsınlar. Onu çox axtardım. İki dəfə Qəndilə, sonra Mahmura getdim, amma nəticə olmadı. Bu işi kafir belə etməz. Müsəlmanıq və Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) ümmətiyik. Gətirib uşaqlarımızı versinlər".

HDP-nin kürdlərin haqqını müdafiə etmədiyini, uşaqları aldadaraq dağa apardığını qeyd edən Hurinaz Omay, regionda uşaqların, çobanların qaçırılaraq terror təşkilatına verildiyini vurğulayıb: "Dövlətin imkanları böyükdür. Sağdırsa oğlumu, ölmüşdürsə də ölüm xəbərini gətirsinlər. Artıq ayaq üstə dura bilmirən. Başqa yerlərə gedə bilmirəm".

Məqalədə : PKK 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1150

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
69

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
92

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
319

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
355
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 04:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru