Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2021
10:07
Həsən Nəsrullah Netanyahunun məğlubiyyətinə münasibət bildirdi

Livanın Hizbullah təşkilatının lideri Seyyid Həsən Nəsrullah İsraildə ölkənin baş naziri Benyamin Netanyahu başda olmaqla Likud partiyasının məğlubiyyəti və rəqiblərinin hökumət formalaşdırılması ilə bağlı çıxış edib. 

Bu barədə əl-Mənar telekanalı məlumat yayıb.

Nəsrullahın sözlərinə görə, müsəlmanlar ağlını itirmiş bir düşmənlə qarşı-qarşıyadır:

“Biz kinli, axmaq və təcrid edilmiş bir düşmənlə üz-üzəyik. Ola bilər İsrail daxilində üzləşdiyi problemlərdən qaçmaq üçün hansısa bir addımı ata, İran nüvə proqramı ilə bağlı və ya Qüdslə bağlı hansısa axmaqlığı edə bilər".

Hazırda Benyamin Netanyahunun İsraildə təcrid edilmiş vəziyyətə düşdüyünü bildirən Həsən Nəsrullah, onun hər hansı bir “axmaqlığa” əl ata biləcəyini deyib.

Həmçinin "Hizbullah" lideri onu da vurğulayıb ki, Qüdsə təcavüz yeni regional müharibəyə gətirib çıxaracaq.

Sonda Nəsrullah onun “ağır xəstəliyi” ilə bağlı yayılmış şaiyələrə münasibət bildirərək, vəziyyətinin yaxşı olduğunu, hətta Qüdsdə namaz qılmaq fikrinin olduğunu bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
170

Neftin bahalaşması davam edir

25

İyun
09:25
İQTİSADİYYAT
630

AMB-nin valyuta məzənnələri

25

İyun
09:14
İQTİSADİYYAT
670
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 10:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru