Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2021
12:33
Həsən Nəsrullah: `Qəzzə müharibəsi İsrailə dərs oldu`

Livan Hizbullahının lideri Seyyid Həsən Nəsrullah ölkədə keçirilən qələbə günü ilə bağlı çıxışında İsrailin Qəzzəya tətbiq etdiyi 12 günlük müharibəyə toxunub. 

Yerli mətbuat xəbər verir ki, o, sözügedən müharibədə İsrailin təhlükəsizliyinə dəhşətli zərbə vurulduğunu bəyan edib.

“Qəzzədəki müqavimət hərəkatı Qəzzə üçün deyil, Qüds və əl-Əqsa üçün meydana atıldı. İsrail elə bilirdi ki, Qüdsün yəhudiləşdirilməsi planına ancaq bəyanatla cavab verəcəklər. Lakin Qəzzə müqavimətinin bu şücaətli və qəti addımı həm dost həm də düşmən üçün gözlənilməz oldu. Bu olanlar İsrailin bilməməzliyi, müqavimət hərəkatını heçə saymaqdan irəli gəlirdi, amma artıq onlar başa düşdü və dərs aldılar. Bəlli oldu ki, Qüdsə toxunmaq regionda yeni müharibə ilə nəticələnəcək", - Hizbullah lideri bildirib

Nəsrullah, həmçinin İsrailin 2000-ci ilin mayında livanlıların müqavimətilə ölkənin cənubundan çıxmasından, bu tarixi qələbənin sonrakı dövrlərdə müsbət təsirindən danışıb.

İsrailin son müharibədən dərs aldığını bildirən Həsən Nəsrullah vurğulayıb ki, “İsrail əl-Əqa məscidi və Qüdsə toxunmağın nəticəsinin silahlı müqavimət olduğunu bilməlidir.”

Onun sözlərinə görə, Müqavimət hərəkatlarının “Qüdsün Qılıncı” əməliyyatı İsrailin bütünündə təhlükəsizliyinə zərbə vuruldu. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
725
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 17:44





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru