Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2019
12:56
Hərbi mütəxəssis: Süni intellekt nüvə müharibəsi başlada bilər

Pentaqonun keçmiş müavini Robert Uark hərbi sahədə süni intellekt sistemlərinin, o cümlədən nüvə silahından istifadənin zəruriliyini təhlil edərkən bunun nüvə müharibəsinin başlanmasına səbəb ola biləcəyini söyləyib.

FaktXəbər-in məlumatına görə, "Breaking Defence"ə verdiyi müsahibədə Urak bildirib ki, bu sistemlər risk faktorlarını səhv qiymətləndirə bilər və müəyyən parametr və göstəricilərlə birlikdə “fəlakətli ssenariyə” səbəb ola biləcək qitələrarası ballistik raketlər ata bilər.

"Çin qoşunlarının komandanlıq mərkəzindəki süni intellekt sistemini təsəvvür edin. Sistem əməliyyat məlumatlarının təhlilini aparır və ABŞ-ın Çinə zərbə endirməyə hazırlaşdığı qənaətinə gəlir və önləyici zərbəni tövsiyə edir", - Uark deyib.

Daha sonra Pentaqon rəhbərinin keçmiş müavini Rusiyanın "Perimetr" sistemini nümunə kimi göstərib. Onun sözlərinə görə, bu sistem seysmik aktivliyi nüvə partlayışları kimi qəbul edə bilər və hərbi qərargaha sorğu göndərər, cavab olmadıqda isə ballistik raketlərin atılması barədə əmr verər.

Uork orduda yüksək texnologiyanın tətbiqinin faydalarını istisna etmir, lakin nüvə nəzarəti sistemində istifadəsini məhdudlaşdırmağa çağırır.

İyun ayında İngiltərənin "Blueclaw" marketinq agentliyi epidemiyaları, nüvə müharibəsi və təbii fəlakətləri bəşəriyyət üçün əsas təhdid adlandırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19180

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17807

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19157

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18733

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24276

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
18716

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18871
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-08-2020 09:07





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru