Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2021
14:31
HƏMAS-dan Netanyahunun hakimiyyətdən mümkün uzaqlaşdırılmasına reaksiya

HƏMAS İsrailin baş naziri Benyamin Netanyahunun hakimiyyətdən mümkün uzaqlaşdırılmasına dair yayılan iddialara münaisbət bildirib. 

Bu barədə Fələstinin "Şəhab" agentliyi xəbər verib. 

Mlumatda bildirilir ki, HƏMAS-ın mətbuat katibi Fuzi Bərhum İsraildə baş verən son proseslərin hakimiyyətin sabitləşməsinə xidmət etdiyini deyib: 

"Sionist rejimin bütün bu hərəkətləri rejimin Fələstin xalqının hüquqlarını pozmaq müqabilində öz təməllərini möhkəmləndirmək planının nəticəsidir".

Qeyd edək ki, şənbə günnü yerli media mənbələri İsrailin Baş naziri Binyamin Netanyahunun iki rəqib partiyasının koalisiya kabineti qurmaq barədə razılığından xəbər verib. Məlumata görə, sağçı "Yamina" partiyasının lideri Naftali Benet "Yeş Atid" partiyasının lideri və qurucusu olan Yair Lapid ilə koalisiya hökuməti qurmağa razılaşıb. Razılığa əsasən, Benet 2023-cü ilin sentyabrına qədər baş nazir vəzifəsini alacaq, bundan sonra isə onu 2025-ci ilin noyabrına qədər bu vəzifədə qalacaq Lapid əvəz edəcək. 

Netanyahu sözügedən razılaşmanı "təsəvvür olunmayan bir saxtakarlıq" adlandırmışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda istehlak bazarı cüzi kiçilib

15

İyun
12:53
İQTİSADİYYAT
307

Sabahın hava proqnozu

15

İyun
11:44
ÖLKƏ
300

Azərbaycan neftinin qiyməti 74 dolları keçib

15

İyun
09:26
İQTİSADİYYAT
585
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2021 04:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru