Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2020
14:41
Hələb Hava Limanına 8 ildə ilk dəfə Dəməşqdən təyyarə gəlib

Suriyanın Hələb şəhərindəki hava limanı səkkiz ildə ilk dəfə Dəməşqdən  sərnişin təyyarəsi qəbul edib. Bu barədə SANA məlumat yayıb.

Agentliyin məlumatına görə, bu, Hələb hava limanını daim atəşə altında tutan və İdlib-Hələb yoluna nəzarət edən terrorçuların təmizlənməsindən sonra mümkün olub.

Hava limanının yenidən açılışı Suriyanın nəqliyyat naziri Əli Həmud tərəfindən elan edilib.

Hələb ölkənin ikinci ən vacib şəhəridir, iqtisadi paytaxtıdır. Fevralın 16-da Suriya hərbi qüvvələrinin şəhərin qonşuluğunu, daha doğrusu İdlib-Hələb yolunu tam nəzarətə götürüb. Qoşunlar Hələb bölgəsindəki bütün yaşayış məntəqələrini, eləcə də şəhərin qərbində yerləşən Anadan düzənliyini azad edib. "Cəbhətun-Nusra" terror qruplaşması son altı ildə bu ərazilərə nəzarət ediblər.

Fevralın 13-də Suriya hökumət qoşunlarının Hələbi ölkənin cənub şəhərləri ilə birləşdirən əsas magistral yolunu terrorçulardan azad edildiyi açıqlanıb.

Məqalədə : Hələb Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4846

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3292

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2639

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2188
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-04-2020 11:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru