Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Aprel

2021
15:18
Həkimdən xəbərdarlıq: Uşaqlarınızda bu əlamətlər varsa... - VİDEO

Koronavirusa yoluxan uşaqlarda 4-6 həftə sonra MİS-C sindiromu yarana bilər.

Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aytən Ziyadov deyib.

“Uşaqlar koronavirusu daha çox yüngül simptomlarla keçirir, bəzi hallarda isə ağırlaşmalar müşahidə olunur. 14 gün müddətində koronanı simptomsuz və ya yüngül simptomlarla keçirən uşaqlarda ola bilər ki, 4-6 həftə sonra MİS-C sindiromu yaransın.

Bu zaman ürək, ağciyər, böyrək bir çox orqanların iltihabı müşahidə olunur. Eyni zamanda beyin qişalarının da iltihabına rast gəlinir. Bu sindromu əvvəllər kavasaki sindromu ilə də qarışdırırdılar”, - o bildirib.

Həkim onu da qeyd edib ki, uşaqlarda müşahidə edilən bəzi kliniki əlamətlərlə onların korona olub-olmamasını müəyyənləşdirmək mümkündür:

“Böyüklər arasında yoluxma sayı artdığı üçün uşaqlar arasında da bu artım müşahidə olunur. Valideynlər hərarət, burun axıtınsı, qripəbənzər əlamətlər olan zaman bəzən düşünürlər ki, bu, qripdir. Əgər onlarda səpkilər, qusma, başağrısı, halsızlıq, düşməyən hərarət, əzələlərdə ağrılar, gözlərdə qızarıqlıq, yuxululuq və ya yuxusuzluq halları varsa, mütləq həkimə müraciət etməlidirlər. Bəzən valideynlər panikaya qapılıb həddindən artıq dərman və vitaminlərdən istifadə edirlər. Lakin unutmaq olmaz ki, hər bir oqranizmə və uşağa individual yaxınlaşmaq lazımdır. Həddin artıq vitaminlərin qəbulu zamanı hipervitaminozlar müşahidə edilir”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah 35 dərəcə isti olacaq

15

May
12:30
ÖLKƏ
502

Bu gün Türkiyə çempionu müəyyənləşəcək

15

May
11:11
BÖLMƏNİ DÜZ SEÇ!
398

Azərbaycan nefti bahalaşıb

15

May
10:41
İQTİSADİYYAT
406

Sabah 33 dərəcə isti olacaq

14

May
12:09
ÖLKƏ
672

20 yaşlı tələbə itkin düşüb

14

May
11:41
HÜQUQ,HADİSƏ
492
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-05-2021 04:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru