Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2021
14:17
Şəhid ailəsi niyə şəraitsiz evdə yaşayır? - FOTO

Sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi İbrahimli Qəşəm Süleyman oğlunun ailəsinin yaşadığı evin görüntüləri yayılıb. Ağdamın Xındırıstan kəndində yerləşən və cəmi bir otaqdan ibarət olan evdə yaşamaq üçün şəraitin olmadığı bildirilir. 

Bununla bağlı paylaşım edən QHT rəhbəri Hafiz Həsənovun sözlərinə görə, birotaqlı evin döşəməsi də torpaqdandır: “Zirzəminin bir hissəsində ailəsi yeganə oğul övladı olan şəhid Qəşəm İbrahimlinin döyüş şəkillərindən ibarət guşə yaradıb. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı şəhidin dəfnində və yas mərasimlərində iştirak edərkən şəhid ailəsinin yaşadığı bu acınacaqlı vəziyyəti görüb. Lakin indiyədək şəhid ailəsinin normal yaşayış evi ilə təmin edilməsi haqda tədbir görməyib”.

“Qafqazinfo” yayılan görüntülərlə bağlı Ağdam Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili Şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant Xaliq Hüseynovla əlaqə saxlayıb. O, ailənin probleminin İcra Hakimiyyətinin nəzarətində olduğunu və qısa zaman ərzində onlara ev inşa ediləcəyini bildirib: “Şəhid Qəşəm İbrahimlinin ailəsi Ağdamın Əlimədətli kəndindən məcburi köçkün düşərək Xındırıstanda məskunlaşıb. İcra başçısı dəfələrlə onlara baş çəkib, ailənin problemləri ilə maraqlanıb. Ailəyə Quzanlıda ev təklif edilsə də, hazırda yaşadıqları ərazidə heyvandarlıqla məşğul olduqlarına görə imtina ediblər.

Şəhid ailəsi üçün elə yaşadığı evin həyətində yeni ev tikintisi ilə bağlı qərar verilib. Hazırda tikinti briqadalarımız bir neçə şəhid ailəsinin evində təmir işləri aparır. Təmir bitən kimi, qısa zaman ərzində şəhid Qəşəm İbrahimlinin ailəsi üçün ev inşa olunacaq”.

Qeyd edək ki, Qəşəm İbrahimli 20 dekabr 1995-ci ildə Ağdam rayonu Xındırıstan kəndində anadan olub. 9 oktyabr 2020-ci ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə Suqovuşanın azad olunması zamanı qəhrəmancasına şəhid olub. Döyüşdə göstərdiyi xidmətlərə görə “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Məqalədə : Şəhid ailəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kinoteatrlar açıla bilər

16

Sentyabr
17:08
ÖLKƏ
201

İran AEBA-nı tənqid edib

16

Sentyabr
16:58
DÜNYA
209

Lənkəranda avtomobil aşıb, ölən və yaralanan var

16

Sentyabr
16:28
HÜQUQ,HADİSƏ
215

Husilər Yəməndə irəliləyib

16

Sentyabr
16:26
DÜNYA
206

Azərbaycanda məhkəmə hakimlərinin stajı artırılır

16

Sentyabr
14:58
HÜQUQ,HADİSƏ
250

Bakıda daha bir küçə əsaslı təmir olunub

16

Sentyabr
14:54
NƏQLİYYAT
235
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 08:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru