Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Noyabr

2013
15:16
1066
Hesablama Palatasına yeni sədr təyin edilib

Milli Məclis noyabrın 22-də Vüqar Tapdıq oğlu Gülməmmədovu Hesablama Palatasının yeni sədri seçib. Hesablama Palatasının sabiq sədri Heydər Əsədov kənd təsərrüfatı naziri təyin olunub.

Vüqar Gülməmmədov 1971-ci ildə Bakıda anadan olub, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsini bitirib.

1992-ci ildə Suraxanı maşınqayırma zavodunda tərcüməçi işləyib.     

1993-1997-ci illərdə Suraxanı rayon səhiyyə şöbəsində baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb.

1997-2007-ci illərdə Azərbaycan Maliyyə Nazirliyinin  Suraxanı rayon maliyyə şöbəsinin müfəttişi, rəis müavini, şöbə müdiri, Səbayel

Rayon Maliyyə İdarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi Rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi, Yasamal Rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi olub.

2007-ci ildən  Azərbaycan Hesablama Palatasının xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
25

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
211

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
23

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
29

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
57

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
33

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Oktyabr
11:29
İQTİSADİYYAT
33
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 15:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru