Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Fevral

2020
09:45
Havanın temperaturu normadan 4-6 dərəcə yüksək olub

“Bu gün Bakıda havanın temperaturu normadan 4-6 dərəcə yüksək olub”.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.  

Onun sözlərinə görə, ölkə ərazisində fevralın 6-7-də temperaturun isti olacağı ilə bağlı əvvəlcədən proqnoz verilib: “Bu gün Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 20-22, Mərkəzi Aran rayonlarında 22-23 dərəcə təşkil edib. Anomal temperatur müşahidə olunsa da, rekord göstərici qeydə alınmır. Fevral ayında ən isti temperatur 1955-ci ildə (27 dərəcə isti) qeydə alınıb. 2002-ci ildə isə fevral ayında 23,5 dərəcə müşahidə olunub”.

A. Verdiyev bildirib ki, bununla yanaşı, bu gün gecə cənub-qərb küləyi qalmaqda davam edəcək. Bölgələrdə də qərb küləyi əsəcək.  

Sabah da nisbətən isti hava şəraiti müşahidə olunacaq. Fevralın 7-si axşamdan şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişəcək, cənub-qərb küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur aşağı düşəcək.

Məqalədə : Hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
311

Bakıda uşaq poliklinikasında yanğın söndürülüb

21

Fevral
16:10
HÜQUQ,HADİSƏ
328

MSK-nın iclası başladı

21

Fevral
16:04
ÖLKƏ
321

I sinfə qəbul qaydaları açıqlanıb

21

Fevral
15:42
ELM / TƏHSİL
12688

DİM imtahanın nəticələrini açıqladı

21

Fevral
15:28
ELM / TƏHSİL
2495

22 fevral tarixiniə olan hava proqnozu

21

Fevral
13:36
ÖLKƏ
373
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 08:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru