Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2019
11:02
522
Havalar isindi, balıq bahalaşdı - Reportaj

Bir çox insanlar may ayında balıq yemir. Səbəb kimi müxtəlif faktorlar göstərilir.  El arasında belə fikir yayılıb ki, may ayında balıq yeyən adam zəhərlənə bilər. Lakin mütəxəssislər bildirirlər ki, may ayında balığın ətində hər hansı bir dəyişiklik baş vermir ki, bundan da zəhərlənmə olsun. Sadəcə olaraq, əsasən may ayında balıq kürülədiyi üçün ovlanması qadağandır.

Bəs hazırda balıq bazarında durum nə yerdədir?

İlk olaraq “Təzə bazar” kimi tanınan əraziyə yollandıq. Burada açıq şəkildə heç bir balığa rast gəlmədik. Xüsusi soyuducular qoyulub ki, balıqlar da bu soyuducuların içərisində saxlanılır. Bazarda alıcı qıtlığı yaşanır. Qarşısından keçdiyimiz hər balıq satıcısı bizi malına baxmağa dəvət edib, qiymətdə endirim edəcəyini söyləyirdi. Bir neçə balığın qiyməti ilə də maraqlandıq.  Belə ki, hazırda bazarda farelin kiloqramı 15 manata, xəşəm 15-18 manata,  kütüm 12 manata, nərə balığı 40-45 manata satılır. Satıcıların hamısı mallarının təzə olduğunu söyləsələr də, bazarda diri balığa rast gəlmədik.  Bazarda hazırda əsasən yuxarıda adlarını sadaladığımız balıqlar satılır. Digər balıqların isə duzlanmışı, qurudulmuşuna daha çox rast gəlinir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, indi balıqların kürütökmə dövrü olduğu üçün sentyabrın 1-dək sənaye balıq ovu qadağan edilib: “Lakin brakonyerlər tərəfindən yenə də qəddarcasına balıq ovlanması halları müşahidə olunur. Hamılıqla belə düşüncəsiz addım atan şəxslərin qarşısını almalıyıq. Anlamalıyıq ki, balıqların kortəbii ovlanması az bir vaxtda qarşısıalınmaz fəsadlara səbəb olacaq”.

İ.İbrahimova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazəsiz balıq ovu ilə məşğul olan, qadağan olunmuş ov alətlərindən istifadə edən, nəzərdə tutulmayan yerlərdə balıq ovlayan brakonyerlərin qarşısını almaq üçün mütəmadi reydlər keçirir və saxlanılanların işi prosedura uyğun olaraq tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilir. Təkcə son 4 ay ərzində 42 iş hüquq-mühafizə orqanlarına göndərilib".

Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən daxili su hövzələrində aprel ayının 1-dən, Xəzər dənizində isə may ayının 1-dən sentyabr ayının 1-dək balıq ovu qadağandır.

Bəs satılan balıqlar haradan gətirilir?

“Təzə bazar”da olduğumuz zaman söhbət etdiyimiz satıcı Valeh Həsənov bildirdi ki, balıqlar adətən Həştərxan, Dağıstan ərazisindən gətirilir:

“Bu vaxtlar yerli balıqlara çox az rast gəlinir. Çünki ovlanma qanunla qadağandır. Ovlayan balıqçılara cəza verildiyi üçün məcbur qalıb, ölkə xaricindən balıq gətiririk. Ancaq bazara balıq verənlər də olur. Yəni axtarsan, yerli balıq da tapa bilərsən. Eləcə də kürüləri xaricdən gətiririk. Hazırda bazarda qara kürünün 100 qramı 70 manatdan başlayır.  Dənəvari kürülər bahadır. Bu cür kürünün 100 qramının qiyməti 110 manat və daha yüksəkdir. Alıcı yaxşı kürünü dadından və tərkibindən tanıya bilər. Əgər kürü yapışqandırsa, deməli, yaxşı deyil. Dənəvari kürülər isə ən yaxşı kürü hesab edilir. Burada hər cür kürüyə rast gəlmək olar. Burada satılanlar əsasın Xaçmaz, Siyəzən, Mahaçqala tərəfdən tutulan balıqların kürüləridir. Kürü çıxarılmış formada gətirilir. Balığın qarnının kəsilib, çıxarıldığı yerdə qara kürünün kiloqramının qiyməti 1000 dollardan aşağı deyil”.

Bazarda qırmızı kürünün kiloqramının qiyməti 180-240 manat arasında dəyişən qiymətlərlə satılır.

Onu da qeyd edək ki, Azərbaycandan xaricə yalnız 125 qrama qədər nərə cinsli balıq kürüsün çıxarılmasına icazə verilir. 125 qramdan artıq kürünü dövlət sərhədindən çıxarmaq mümkün deyil.

Mağazalarda olduğumuz zaman öyrəndik ki, burada  satılan balıqların qiymətində böyük fərq olmasa da, kürünün qiyməti bazarlardan dəfələrlə ucuzdur. Hər kəsə məlumdur ki, Rusiya istehsalı olan bu kürülər heç də orijinal deyil. Mağazalarda kürünün 100 qramı 2.5-5 manat arasında dəyişən qiymətlərlə satılır.(musavat.com)

Məqalədə : balıq ovu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
69

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1755

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
530

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1626

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1756

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
1997

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1297

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
804

Yalan danışanı aşkarlamağın 8 yolu

24

İyun
12:34
MARAQLIDIR
2975
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2019 22:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru