Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

13 Aprel

2017
12:51
2448
Hamı onun öz toyunda dediyi sözü xatırlayır - ŞƏHİD OLMAQ İSTƏYİRƏM

Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovu əvvəl sadəcə döyüş yoldaşları və doğmaları tanıyırdı. Amma indi bütün Azərbaycan onu tanıyır. Qəhrəman döyüşçünün şəhd olmazdan 3 il əvvəl - öz toyunda dediyi sözləri hər kəs əzbər bilir: “Hər zaman xalqım üçün, Vətənim üçün, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram və həmişə arzu etmişəm ki, Vətənim üçün şəhid olum. Azərbaycan Respublikasının üçrəngli ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin..."

Pəncəli Teymurov bəlkə də öz toyunda şəhid olmağı istəyənə ilk azərbaycanlıdır.

1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində  anadan olan Pəncəli Nurməhəmməd oğlu Teymurov  1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könülü olaraq xidmətini davam etdirib.

Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq o, 24 iyun 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.

Aprelin əvvəllərində cəbhə bölgəsində Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn olunub.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru